Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

MİQ-29-un bəzi hissələri dənizdən çıxarılıb – Pilot və kreslo tapılmır

Tarix: 14-08-2019 17:10     Baxış: 3193 A- / A+
MİQ-29-un bəzi hissələri dənizdən çıxarılıb – Pilot və kreslo tapılmır

Qəza nəticəsində Xəzər dənizinə düşən və artıq yeri müəyyən edilən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin sudan çıxarılması və pilot Rəşad Atakişiyevin axtarışları sürətlənib.

Manevr.az xəbər verir ki, bu barədə "Yeni Sabah”a Rəşad Atakişiyevin yaxını, keçmiş dövlət müşaviri Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, təyyarənin yerinin müəyyən edilməsi və hava şəraitinin normal olması axtarış-çıxarma işlərinin sürətləndirib.

"Hava şəraitinə görə işlər ləng gedirdi. Dənizdə qum fırtınasının baş verməsi dalğıcların fəaliyyətinə ciddi əngəl törədirdi. Amma bu problem nisbətən azalıb və işlər sürətlənib. Artıq təyyarənin təkərləri, motoru sudan çıxarılıb.

Onu da deyim ki, təyyarə suya düşəndə parçalanıb və onun hissələri 1 kilometr radiusda ətrafa səpələnib. Ona görə də çıxarma işləri o qədər də asan deyil”.

Pilotla bağlı məsələyə gəlincə, Qabil Hüseynli deyib ki, bu istiqamətdə heç bir yenilik yoxdur: "Məlumdur ki, pilot katapult etməyib. Amma hələ ki, heç oturacağı da tapılmayıb. Ümumiyyətlə, pilot və "qara qutu”ya işarə edən heç nə tapılmayıb”.

Qabil Hüseynli hadisənin səbəbləri ilə bağlı irəli sürülən ehtimallara da toxunub. "Ehtimallardan biri budur ki, qəzaya quşun təyyarəyə toxunması səbəb ola bilər. Təyyarənin nasazlığı da ehtimallardan biridir. Lakin bunun üzərində çox dayanmırlar.

Başqa bir ehtimal isə Rəşad Atakişiyevin səhhətində problemlərin ola biləcəyi barədədir. Lakin Rəşad Atakişiyev indiyə qədər səhhətindən şikayət etməyib. Bundan başqa, onlar hər il sağlamlıqla bağlı müayinədən keçirlər. Eyni zamanda bəzi idman növləri üzrə normativləri yerinə yetirməlidirlər. Səhhətində problem olanlar bu normativləri yerinə yetirə bilməzlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar