Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ailəsi dünyasını dəyişən azərbaycanlı jurnalist üçün müraciət etdi - VİDEO

Tarix: 13-08-2019 19:43     Baxış: 4216 A- / A+
Ailəsi dünyasını dəyişən azərbaycanlı jurnalist üçün müraciət etdi - VİDEO

12 avqustda Rusiyada vəfat edən jurnalist Nazilə Həsənzadə Azərbaycanda torpağa tapşırılacaq.

Manevr.az xəbər verir ki, 35 yaşında dünyadan köçən jurnalistlə vida mərasimi sabah - 14 avqustda yaşadığı və dünyasını dəyişdiyi Perm şəhərində təşkil ediləcək.

Bundan sonra cənazəsi dəfn olunmaq üçün Bakıya gətiriləcək.

Mərhumun cənazəsinin Bakıya gətirilməsi üçün ailəsinin maddi yardıma ehtiyacı var. Bununla bağlı, Həsənzadənin qardaşı Fərhad sosial şəbəkə vasitəsilə Azərbaycanda yaşayan dostlara və tanışlara müraciət edib. Kömək etmək istəyənlər +79824860782 telefon nömrəsilə onunla əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, "Aeroport Perm" jurnalının əməkdaşı olan Nazilə Həsənzadə hamı Naza kimi tanıyırdı. Naza ötən ayın sonlarında Bakıya gəlib. Bir neçə gündən sonra qəfildən kəskin baş ağrıları tutub və təcili şəkildə geriyə - yaşadığı Perm şəhərinə geri dönüb. Səhəri gün komaya düşüb və 15 gündən sonra komadan ayılmadan bu dünya ilə vidalaşıb. Özündən sonra azyaşlı oğlu qaldı.

N.Həsənzadə süd vəzisi xərçəngindən əziyyət çəkirdi. Uzun müddət müalicə almışdı. O, yüzlərlə xərçəng xəstəsinə bu xəstəliklə mübarizə aparmaqda mənəvi kömək olub.baku.ws



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar