Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“İbrahim peyğəmbərə verilən Tanrı əmri deyildi!” - Nəriman Qasımoğludan qalmaqallı ŞƏRH

Tarix: 11-08-2019 16:52     Baxış: 4500 A- / A+
“İbrahim peyğəmbərə verilən Tanrı əmri deyildi!” - Nəriman Qasımoğludan qalmaqallı ŞƏRH

Müqəddəs Qurban bayramı ərəfəsindəıyik. Bütün müsəlman aləmində Qurban bayramı hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və bir neçə gün gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.

Qurban kəsmə İbrahim peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim peyğəmbər Allahın əmrini yerinə yetirməyi qərara alır, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda “Quran”da yazılıb.

Qeyd edilir ki, İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşarkən Allah bunu öz elçisinə rəva bilməyib və qurbanlıq üçün ona bir qoç göndərib. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.

İslam dini tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalı, çətin anlarda Allahı yada salmalıdır.

Manevr.az-ın məlumatına görə tanınmış dinşünas alim Nəriman Qasımoğlu məsələni başqa konteksdən şərh edib. Onun qənaətincə, İbrahim peyğəmbər oğlunun başını üzmək qərarı verəndə bunu yanlış olaraq Tanrı əmrilə etdiyini düşünüb:
“İbrahim peyğəmbərə verilən Tanrı əmri deyildi!” - Nəriman Qasımoğludan qalmaqallı ŞƏRH

“Ümummüsəlman düşüncəsində də bu yanlış fikir var. Ən qəribəsi və təzadlısı budur ki, İbrahimin yanlış düşüncəsi indiki ənənəvi müsəlmanların mütləq əksəriyyətinə sirayət edib. Səbəb müsəlmanların OXU-dan (“Quran”dan-red.) uzaq olmalarıdır.

Tanrı heç kimə, hətta öz elçisinə belə rəva görməz ki, sevimli bəndəsini bunca əzazil imtahana çəksin. Bu, Tanrının sonsuz mərhəmətinə, OXU məntiqinə zidd təsəvvürdür. İbrahim bunu sadəcə yuxusunda görübmüş. Bu, İbrahimə verilən vəhy deyil. Yaşadığı dövrün bütpərəstliyinə əyilmə zəifliyidir ki, yuxularında gördüklərini ilahi güclərdən gələn məlumat, yaxud həyata keçirilməsi vacib olanlar kimi yozurmuşlar.

İbrahimin yuxuda gördüyü Tanrı əmri deyil!!! Oğluna yuxusunu nəql edir, övladı da deyir “sənə nə əmr edilirsə, et”. Hər ikisi yuxunu Tanrı əmri kimi yanlışlığa yozur. İmtahan baş verir, amma Tanrı əmrilə deyil, Tanrı nəzarətində olan imtahan”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar