Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

VHP hər kəsi birliyə çağırdı – BƏYANAT

Tarix: 09-08-2019 23:21     Baxış: 4135 A- / A+
VHP hər kəsi birliyə çağırdı – BƏYANAT

Vətəndaş Həmrəyliyi Partiyası Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidəki çıxışı ilə bağlı bəyanat yayıb.

Manevr.az-ın məlumatına görə, bəyantında son dönəmdə Azərbaycan üzərində baş verən olayların dövlət müstəqilliyimiz və suverenliyimizdən ciddi narahatçılıq keçirməyə əsas verdiyi bildirilir:

"Gürcüstanla sərhəddə Keşikçidağ qalmaqalı, Azərbaycan səmasında məhv edilən hərbi təyyarəmiz, Ermənistan hakimiyyətinin son Qarabağ şousu, Cənub və Qərb dövlət sərhədlərimizdə intensivləşən silahlı toqquşmalar heç də xoş olmayan bir geopolitik durumdan xəbər verir.

Bütün bunların fonunda cəmiyyətin laqeyidliyi, hadisələrə nə ictimai-siyasi qüvvələr, nə vətəndaş cəmiyyətləri, nə də sadə toplum tərəfindən reaksiya verilməməsi ikiqat narahatçılıq və təşviş doğurur. Sanki Azərbaycan daxilində hər kəsin milli maraqlar hissini məhv edərək, ölü bir mühit yaradılıb və gələcək daha böyük fəlakətlərdən öncə bu ölülüyü yoxlamaq üçün hansısa qüvvələr məşq edirlər.

Belə bir durumda isə ölkənin əksqütblü siyasi qüvvələrinin bir-birinə qarşı xüsusi aqressiya göstərməsi, bir tərəfdən əxlaqa uyğun olmayan təhqirlərin səslənməsi, digər tərəfdən qüvvələrin daxili müxalifətə qarşı səfərbər olunmasına çağırış edilməsi yalnız və yalnız Azərbaycana qarşı yönələn qara planların icrasına yardım etmiş olur.

Bu gün milli birlik və vətəndaş həmrəyliyi Azərbaycan üçün heç vaxt olmayacaq qədər vacibdir. Siyasi, dini baxışından, sosial durumundan, ictimai mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının istiqlal və ərazi bütövlüyü uğrunda bir cəbhədə olması tək zamanın tələbi yox, həm də yeganə qurtuluş yolumuzdur.

Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan üzərində qurulan planların ciddi təhlil edilərək baş verənlərə ümummilli etiraz gücünün ortaya qoyulmasını vacib sayır. Unutmayaq ki, iqtidar və müxalifətin, varlı və kasıbın, ziyalı və sadə vətəndaşın varlığı ilk növbədə Azərbaycanın varlığına bağlıdır”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar