Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

İsmayıl İmanzadənin oxuculara SÖZ SOVQATI -ŞƏKİL

Tarix: 08-08-2019 14:52     Baxış: 2402 A- / A+
İsmayıl İmanzadənin oxuculara SÖZ SOVQATI


Ötən əsrin altmışıncı illərinin sonlarına yaxın çeşidli qəzet-jurnal və ədəbi almanaxlarda dərc olunan şeirləri ilə imzasını tanıdıb, 1980-ci ildə “Gənclik” nəşriyatında işıq üzü görən “Səni soraqlaram” adlı ilk şeirlər kitabı ilə geniş oxucu kütləsi qarşısına çıxan tanınmış şair-publisist İsmayıl İmanzadənin bu günlərdə “Mütərcim” nəşriyyatında iki cildlik “Seçilmiş əsərləri”nin birinci cildi çapdan çıxmışdır.

Yeri gəlmişkən qeyd edək ki, şairin sovetlər dönəmində “Gənclik” və “Yazıçı” nəşriyyatında işıq üzü görən dörd kitabı,- o cümlədən sonrakı vaxtlada nəşr edilən əsərləri ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış, ömrü boyu əyalətdə yaşayan şairin yaradıcılığına yüksək qiymət verilmişdir.

Müəllifin “Seçilmiş əsərləri”nin birinci cildində müxtəlif illərdə yazdığı şeir və poemaları, satik məzmunlu şeir, həcv və bədahətən deyimlərindən nümunələr yer almışdır.

Doğma ata yurdu Cəbrayıl rayonu, dünyaya göz açdığı Böyük Mərcanlı kəndi düşmənlər tərəfindən işğal olunandan sonra müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşan, son iyirmi ildən bəri fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinə rəhbərlik etməklə, şəhərdə və ətraf bölgələrdə ədəbi aləmin formalaşmasında pay sahibi olan və ədəbi proseslərə fəal surətdə qoşulan şairin nəfis şəkildə oxuculara təqdim edilən bu kitabı onun yaradıcılığı haqqında geniş təəssürat yaradır.
İsmayıl İmanzadənin oxuculara SÖZ SOVQATI

Kitabda Vətən sevgisi, itirilmiş torpaqlarımızın timsalında Qarabağ göynərtisi, əzəli-əbədi məhəbbət motivləri, günümüzün ağrı-acıları və ana təbiətin gözəllikləri ilə yoğrulmuş şeir və poemaları şairin iç dünyasının aynası hesab etmək olar.

Ədəbi ictimaiyyətin sadə-səmimi insan və istedadlı söz adamı kimi dəyər verdikləri İsmayıl İmanzadənin insanlara nəcib hisslər aşılayan kitabı ilə tanış olanlar heç şübhəsiz ki, onun növbəti addımını bir daha təqdir edəcəklər.

Xatırladaq ki, müəllifin hazırda çap prosesində olan “Seçilmiş əsərlərinin ikinci cildində povest, hekayə, səhnə əsərləri və uşaqlar üçün yazdığı şeirlər yer almışdır.

Sonda sayca iyirmi altıncı olan yeni kitabının nəşrinə görə şairi təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

P.S. Manevr.az olaraq dəyərli şair dostumuzu təbrik edir, yeni yaradıcılıq uğurları diləyirik!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar