Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Namizədlik hüquqi çərçivədədir, istəklər çərçivəsində yox"- Emil Rasimoğlu - MÜSAHİBƏ

Tarix: 07-08-2019 19:35     Baxış: 2448 A- / A+
"Namizədlik hüquqi çərçivədədir, istəklər çərçivəsində yox"- Emil Rasimoğlu

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı ərəfəsində sədrlik postuna namizədlərin sayı durmadan artmaqdadır. AYB üzvü, şair Emil Rasimoğlunun ardından qurumun Gənclər Şurasının üzvü şair Fuad Cəfərli də sədrlik postuna namizədliyini açıqladı. Artıq hazırkı sədr Anarın postuna namizədliyini irəli sürənlərin sayı üçə çatıb.

Yaşlı nəsil isə gənclərin namizədlik məsələsinə o qədər də xoş münasibət sərgiləməyiblər. Onlar adıçəkilən məsələ ilə bağlı mediaya açıqlamalarında sədrlik postuna nüfuzlu şəxslərin namizəd ola biləcəklərini açıqlayıblar. Ən azından Xalq yazıçısı Çingiz Abdullayev bu fikirdədir. Xalq şairi Fikrət Qoca isə alternativlərə sevindiyini söyləsə də, hazırkı sədrə səs verəcəyini dolayı yolla ifadə edib. Şair Əjdər Ol isə gəncləri “fikirlərini düzgün ifadə edə bilməməkdə” qınayıb. Baş verənlər onu göstərir ki, AYB-nin yuxarı instansiyası gənclərin namizədliyinə xoş təbəssüm nümayiş etdirmir.
Bu kimi məsələlərə gənclər arasında namizədliyini ilk olaraq açıqlayan şəxsin münasibətini öyrənmək istədik. Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu hafta.az-a müsahibəsində bir çox mətləblərə və AYB-nin yaşlı nəsil nümayəndələrinin fikirlərinə münasibətini bildirib. AYB-nin sədr postuna namizədliyini irəli sürən şair, sonuna qədər iddialı və israrlı şəkildə mübarizəsini aparacağını vurğulayıb:


-Emil bəy, sizin AYB-yə namizədliyinizdən sonra bir sıra gənc yazarlar da birliyə sədr olmaq iddiasına düşdülər. Digər namizədlər də çox vaxt bir yerdə olduğunuz qələm dostlarınızdı. Bu sizi qısqandırmır ki? Münasibətlərinizdə soyuqluq yoxdur?

- Öncə onu deyim ki, AYB-nin XIII qurultayı ilə bağlı mətbuata elə ilk açıqlamamdan öz namizədliyimi verəcəyimi vurğulamağımla birgə, gənc yazarları, nəsldaşlarımı bu məsələdə daha aktiv olaraq sağlam mübarizəyə çağırmışam. Hətta bu posta layiq olan bir sıra gəncin adını da çəkmişəm. Bu gün çox məmnunam ki, gənc qələm yoldaşlarımızdan kifayət qədər potensialı olan Fuad Cəfərli və siz - Tural Turan da AYB sədrlik postuna namizəd olacaqlarını açıqlayıb. Bu əsla nə məni qısqandırar, nə də arada hər hanı bir soyuqluq yaradar. Çünki bizim istəklərimizin arxasında şəxsi maraqlar dayanmayıb.Heç vaxt da dayanmayacaq.

-Şair Əjdər Ol gənclərin namizədliklə bağlı açıqlamalarına və qurultayla bağlı məsələlərə toxunarkən deyib ki, “görünür gənclər özlərini düzgün ifadə edə bilmirlər”. Sizcə bu fikrin altında hansı ismarış dayanır? Dorğudanmı namizədliklərini vermiş yazarlar özlərini ifadə etməkdə çətinlik çəkirlər?

- Əjdər Olun bu məsələlərə münasibəti ilə mən də tanış oldum. Öncə onu deyim ki, Əjdər Ol siz vurğuladığınız ifadələrdən əvvəl hələ bir ifadə də işlədir. Əjdər müəllim deyir ki, həmişə böyük bir hadisə olanda onun ətrafında çoxlu dedi-qodular, söz-söhbətlər, müxtəlif subyektiv fikirlər olur. Əvvəla mən başa düşə bilmirəm kim dedi-qodu edir? Məgər mətbuata düşünülmüş şəkildə açıqlama vermək dedi-qodu etməkdimi? Yoxsa, qurultayla bağlı Çingiz Abdullayevin, Fikrət Qocanın və ya elə Əjdər Olun açıqlaması Quran ayəsi oldu, mənim və ya digər namizədliyini açıqlamış gənclərin açıqlaması dedi-qodudur? Bu nə anlayışdı? Əjdər Olun digər sualınızda qeyd etdiyiniz ifadəsinə gəldikdə isə bu da ədəbi gəncliyə kölgə salmaqdan başqa heç nə deyil. Necə yəni özünü ifadə edə bilmir? Özünü ifadə edə bilməyib nə edib? Hər hansı bir məsələyə idrakla münasibət bildirmək və ya fikirlərini məntiqlə sərgiləyib namizədliyini açıqlamaq özünü ifadə edə bilməməkdimi?! Əjdər Olun ümumi münasibəti məntiq etibarı ilə gəncləri kiçiltməkdir. Bu isə onlar üçün sadəcə uğursuzluqdu. Yalnız onlar üçün!

-Bəlkə seçkilərə vahid namizədlə gedəsiniz? Belə olan halda gənclərin səsi bölünə bilər. Belə olan halda da yenə də hazırkı sədrin və ya digərlərinin qalib gəlmək şansları çoxala bilər. Siz necə düşünürsünüz?

- Təbii ki, sizin də sözlərinizdə həqiqət var. Vahid namizəd anlayışı birlik deməkdi. Bu variant da ola bilər. Hələ ki, proses davam edir. Namizədliyini irəli sürmüş və irəli sürəcək gənclər - əgər olacaqsa - yəqin ki, bir araya gəlib müzakirələr edəcəyik. Sonunda nə addım atılacaqsa məğlubiyyətə yox, qələbəyə xidmət edəcək.

-Platformanızda nələr var? Sədr seçilsəniz nələri dəyişəcəyinizə söz verirsiniz?

- Məncə bununla bağlı hələ fikirlərimi açıqlamaq tezdir. Zamanı çatanda açıqlayacağam.

- Xalq şairi Fikrət Qoca da soyuq danışdı. “Alternativ həmişə var” – desə də sanki yaşlıların namizədi deyəsən bu dəfə də Anar olacaq. Sizin üçün çətin olmayacaq ki?

- Fikrət Qocanın danışdıqlarından hali oldum, hətta mətbuata bununla bağlı açıqlama da verdim. Bilirsiniz, Fikrət Qocanın "alternativ həmişə var" ifadəsini səsləndirməsi sadəcə formal xarakter daşıyır. Gözə kül üfürmək lazım deyil. Aydın məsələdir ki, AYB olan yerdə Fikrət Qoca üçün Anar müəllimdən başqa heç kim yoxdu. Nəinki gənclik?!. Amma Fikrət Qocanın fikirləri də qurultayın nəticəsi deyil. Ona görə də Anar müəllimin əvvəl namizəd olmasını, namizəd olacağı halda seçilib seçilməməsini zaman göstərər.

-Çingiz Abdullayev deyib ki, AYB sədri tanınan, nüfuzlu adam olmalıdır. Buna münasibətinizi öyrənmək istərdik...


- Bilirsiniz, öncə onu deyim ki, bu adını çəkdiyiniz Xalq yazıçısının subyektiv fikridir. Digər tərəfdən, həmin fikirə gəldikdə isə Çingiz Abdullayev o fikri deyib, Anar müəllimdən başqa qeyri bir şəxsin adını çəksə o zamam Çingiz Abdullayevin "tanınan, nüfuzlu adam" ifadəsi haqqında düşünmək olar. Amma indiki halda Çingiz Abdullayevin o ifadəsinin arxasında sadəcə Anar Rzayev adı dayanır. Buna görə də Çingiz Abdullayevin o və o tip ifadələri namizədlik məsələsində məni qətiyyən düşündürmür. Düşündürməyəcək də! Çünki heç bir hüquqi əsas daşımır.

-Birdən AYB namizədliyinizi qəbul etmədi. O zaman necə olacaq?


- AYB nəinki mənim, eləcə də digər gənclərin namizədliyini niyə qəbul etməməlidir? Hansı əsasla?! Mən hüquqi dövlətdə yaşayıram. Namizədlik hüquqi çərçivədədir, istəklər çərçivəsində yox. Bir də ki, biz düşmən deyilik...

Tural Turan

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar