Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya azərbaycanlıları Qarabağla bağlı təxribat xarakterli filmə etiraz etdilər

Tarix: 07-08-2019 18:15     Baxış: 3164 A- / A+
Rusiya azərbaycanlıları Qarabağla bağlı təxribat xarakterli filmə etiraz etdilər

Rusiyanın Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti ölkənin mədəniyyət naziri Vladimir Medinskiyə müraciət edib.

Manevr.az xəbər verir ki, bu barədə report-un Rusiya bürosuna müxtariyyətin sədri Elşən İbrahimov bildirib.

Müraciətdə “Veqa Film” kino şirkətinə Dağlıq Qarabağla bağlı təbliğat xarakterli film çəkməyi qadağan etmək tələb olunur.

Qeyd edək ki, Rusiyanın “Veqa film” kino şirkəti tərəfindən Xankəndi şəhərindən olan erməni rejissor Robert Defin rəhbərliyilə “Walter” adlı film çəkiləcəyi haqqında KİV-də xəbər getmişdi. Baş rolda fransalı aktyor Bibi Nasirinin çəkiləcəyi ekran əsərində hadisələr 90-cı illərdə Dağlıq Qarabağ münaqişəsilə əlaqəli şəkildə baş verir. Hazırda bu film Rusiya Mədəniyyət Nazirliyinə təsdiqlənmək üçün təqdim olunub.

Nazirliyə ünvanlanan məktubda azərbaycanlı diaspora rəhbəri tanınmış aktyorları cəlb etmək yolu ilə bu filmin geniş ekranlara çıxarılmasının hədəfləndiyini, bunun da Dağlıq Qarabağ münaqişəsilə bağlı aparılan danışıqlara mənfi təsiri ola biləcəyini, bu məsələnin bütövlükdə qardaş Rusiya ilə Azərbaycan xalqları arasında ədavət toxumları səpmək məqsədi daşıdığı qeyd olunur.

“Biz Rusiyaya vergi ödəyənlər olaraq Mədəniyyət Nazirliyinin vəsaiti hesabına erməni separatizminə, Azərbaycan torpaqlarının işğalına dəstək nümayiş etdirmək məqsədi güdən bu layihənin həyata keçirilməsini yolverilməz hesab edirik... İşğalçı ölkə olan Ermənistan bu film vasitəsilə qarabağlı erməniləri yalnız vəziyyətin qurbanı qismində göstərir. Burada məqsəd tarixi faktlara, BMT qətnamələrinə baş qoşmayan dünya tamaşaçısını baxımlı ssenari, ürək parçalayan hekayə, qəm-qüssə, gözyaşları ilə tovlamaqdan ibarətdir”, - E.İbrahimovun məktubunda vurğulanır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar