Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Demokratik addımlar atmalıyıq ki, gənclərimiz qurultayla bağlı fikirlərini düşünərək desinlər...”

Tarix: 07-08-2019 15:20     Baxış: 3126 A- / A+
“Demokratik addımlar atmalıyıq ki, gənclərimiz qurultayla bağlı fikirlərini düşünərək desinlər...”

“Qurultayın ilin sonunda keçiriləcəyi ümumi sözdür, çünki hələ dəqiq tarix bəlli deyil”

Manevr.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında şair Əjdər Ol Azərbaycan Yazıçılar Birliyinin on üçüncü qurultayı haqda danışarkən deyib. Ə.Ol bildirib ki, gənclərin qurultayla bağlı bu cür reaksiyaları normaldır:

“Həmişə böyük bir hadisə olanda onun ətrafında çoxlu dedi-qodular, söz-söhbətlər, müxtəlif subyektiv fikirlər olur. Görünür Azərbaycan Yazıçılar Birliyinin on üçüncü qurultayı ərəfəsində gənclərimiz nəsə demək istəyirlər, amma özlərini bəlkə də düzgün ifadə bilmirlər. Bir az hissə qapılır və emosiyaya uyurlar. Qurultayın ilin sonunda keçiriləcəyi ümumi sözdür, çünki hələ dəqiq tarix bəlli deyil. Demokratik addımlar atmalıyıq ki, gənclər sözlərini desinlər, amma düşünüb desinlər”.

Ə.Ol bu vaxta qədər Anar müəllimin sədr kimi fəaliyyətini yüksək qiymətləndirdiyini deyib:

“Qaldı ki, Anar müəllim bizim ədəbiyyatımızın simvoludur, təmsilçisidir, ağsaqqalıdır. O, çox səbrlə, təmkinlə yazıçıları idarə edir. Əksəriyyət onunla hesablaşır. Hələ ki, məsələnin nəticəsini zaman özü göstərəcək. Burda Anar müəllimin özünün də münasibəti əsasdır. Mənə elə gəlir ki, Anar müəllim bizim Azərbaycan Yazıçlar Birliyində uzun müddətdir zəhməti olmuş bir insandır və artıq onun geniş, əhatəli yazılarıyla Anar olmasının özü bir vəzifədir. Təkcə ona görə yox ki, avtoritar düşüncəylə deyim ki, Anar sədr seçilməlidir, əlbəttə onu zaman göstərəcək. Amma indiki halda Anar müəllimin sədr kimi fəaliyyətini yüksək qiymətləndirirəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar