Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Kaş Allah bütün baş kəsmək istəyənlərin qarşısına bir qoç göndərəydi" - Emil Rasimoğlu

Tarix: 03-08-2019 22:28     Baxış: 2356 A- / A+
"Kaş Allah bütün baş kəsmək istəyənlərin qarşısına bir qoç göndərəydi" - Emil Rasimoğlu


Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu Qurban bayramı ilə bağlı fikirlər səsləndirib. Şair bu bayramın qeyd olunması ilə bağlı bəzi məqamlara da toxunub. O, bəzi xurafat və cəhalət nüanslarını kütləyə aydınlatmadığı üçün ziyalıları da qınayıb.

Manevr.az gənc şairin fikirlərini olduğu kimi təqdim edir:

"...Nəinki, hazırkı çağımızda, eləcə də istənilən dövrdə tərəqqiyə baxmayaraq, xalqın ibtidai düşüncəyə söykənən tərəfi vardır. Məlum tərəfi isə ziyalı qismi yox, kütlə qismi təşkil edir.

Ziyalı qismi isə hər zaman kütləni həmin ibtidai düşüncədən qopartmağa cəhd edir. Bu biləvasitə ziyalının borcudur. Yaxşı, belə olduqda bəs ziyalı niyə əksər məqamlarda riyakarlıq, saxtakarlıq edir?

Bu gün hər kimsə hansı bir düşüncə adamına, ziyalıya falçını, öncəgörəni məsləhət etsə həmin ziyalı məhz elə həmin şəxsi geridüşüncəli, bəsit təfəkkürlü adam kimi qiymətləndirəcək (bəli elə də qiymətləndirməlidir). Amma falçı, öncəgörən təfəkkürlü insanları qınaq obyektinə çevirən və onları bu ibtidai düşüncədən qopartmağa çalışan ziyalı necə olur ki, bir qoçun qeybdən gəlməyinə inanır (və ya özünü inanmış kimi göstərir).

Hətta bu an həmin o falçı təfəkkürlü insanlarla həmrəy də olur. Müasir dövrümüzdə xalqın bu tip (bəsit məzmunlu, məntiqsiz) minillik ənənələrinin səhnələşdirilməsinə niyə göz yumur?
Bu ziyalı riyakarlığı, ziyalı saxtakarlığı deyilmi?

Bu gün Azərbaycanın ən ucqar kəndində (hələ rayonu, şəhəri ümumən ölkəni demirəm) belə 40-50 müəllim var ki, onların da əksəri belə demək mümkünsə dərin zəkaya malikdir (hələ digər peşəyə məxsus düşüncə sahiblərini demirəm).

Hansı biri maarifləndirmə apara bilir? Amma apara bilər. Sadəcə, dediyim kimi, saxtakarlıq edir.

Həqiqəti öz qulağına pıçıldayan ziyalı cəmiyyəti sabahlarda gözləyən ən böyük faciədir.

P.S: Kaş Allah bütün baş kəsmək istəyənlərin qarşısına bir qoç göndərəydi."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar