Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Himnimiz bu dəfə fərqli şəkildə təqdim olundu - VİDEO

Tarix: 31-07-2019 21:21     Baxış: 3188 A- / A+
Himnimiz bu dəfə fərqli şəkildə təqdim olundu - VİDEO

Himnimiz bu dəfə fərqli şəkildə təqdim olundu.

Eşitmə məhdudiyyətli gənclər Himnimizi işarət dilində ifa ediblər. Qeyri-hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi "Azərbaycan Respublikasının Dövlət Himninin işarə dilində hazırlanması və təqdimatı" layihəsini həyata keçirib. Himnimiz ilk dəfə olaraq dövlət dəstəyi ilə jest dilində tərcümə edilərək cəmiyyətə təqdim olunub.

Layihədə 15 eşitmə məhdudiyyətli gənc iştirak edib. Himni səsləndirən gənclər belə bir layihədə iştirak etməyin qürurverici olduğunu deyirlər.

Layihə rəhbəri Cəmilə Abdulovanın sözlərinə görə, hazırlanan klip azərbaycanlı eşitmə məhdudiyyəti olan gənclərin dünyaya mesajı olmaqla yanaşı həm də Azərbaycançılığın təşviqinə xidmət edir. O, bildirib ki, eşitmə məhdudiyyətli şəxslər ölkəmizi beynəlxalq və ya yerli tədbirlərdə təmsil edir, himnimiz səslənən zaman onlar bu himnin mahiyyətini bilsələr də, sözlərini anlamırlar.

Qeyd edək ki, görüntülər Qobustan Dövlət Tarix və Bədii qoruğunda və Dağüstü parkda çəkilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar