Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cavid Fərzəli - Bayağı cəmiyyət yoxsa özündən qorxan ziyalı cəmiyyət?

Tarix: 30-07-2019 22:18     Baxış: 2278 A- / A+
Cavid Fərzəli - Bayağı cəmiyyət yoxsa özündən qorxan ziyalı cəmiyyət?

Və bu iki divar arasında boğulan şəxsiyyət !

İndi mən kiçik bir bucaqdan bunun səbəblərini yazmağa çalışacam.
Bəs bütün bunların günahı kimdədir? Bayağı cəmiyyətmi, yoxsa alilikdən qorxan cəmiyyət?! Nə bilmək olar bəlkə də yad trollar. Amma istənilən halda ziyalı şəxsiyyət olmaqdan qorxmamalıdır. Öz içindən qorxan azad ola bilməz. Bunu qorumaq gərəklidir. Bayağı mühitin yetişməsinin ən böyük günahkarı da istedadlı adamlardır.
Çünki istedad istedadın əlini tutmur. Necə deyərlər tuta bilmir, buna cəsarəti çatmır... Özünə vurğunluq hisslərini məğlub edə bilmir. Bunun nəticəsində isə istedadlı adamlar istedadsızlarıniçində İtib-batır.
Bəs nə etmək istedadsızlar ölməlidirmi? Yox, dünyanın hər bir yerində bayağı mühit var, küt cəmiyyət var və bu qaçılmaz faktdır. Sadəcə fərq ondadır ki, dünyanın əksər ölkələrində bayağı mühit öndə deyil, ikincidir. bəzi inkişaf etmiş ölkələrdə isə sonuncudur. Çox təssüf hissiylə qeyd etməliyəm ki, bayağı cəmiyyət azərbaycanın bütün mühitlərində birincidir. Bax, məsələnin ciddiliyi budur. Bayağı cəmiyyəti idarə etmək lazımdır. İşıqlı adamlar bunu qorumalıdır. Yoxsa ziyalı bayağı cəmiyyətin bir üzvünə çevrilməməlidir.

İstənilən küt cəmiyyətdə hər evin faişəliyə açılan bir qapısı var, Bunu ya kişi açır ya da qadın...

Bayağı mühitdə vətən dəli kimi, qadın faişə kimi sevilir.

Azərbaycan kişisinin, qadının şəxsiyyət olmaq haqqıdır. Şəxsiyyət yetişdirmək borcudur. Şəxsiyyətə qarşı çıxan müharibədə ölməyə layiq deyildir...

Bayağı mühitdə kişilik, əqidə vicdan, şəxsiyyət ümumiyyətlə bütün dəyərlər insanların qapısına qədərdir...Belə olan halda Azərbaycan vətəndaşının istər iqtisadi, istər sosial istərsə də mənəvi cəhətdən tənhalığı başlayır...Xəstəyə, əlilə ( Maral Tahirqızı və s.) Bu kimi qüsurlu insanlara gülən cəmiyyət özünü idarə üsullarından uzaq olar. Və nəticə etibarıyla xaraktersiz cəmiyyətə çevrilər.

Bu bayağı cəmiyyətin içində beş on nəfər başı papaqlı varsa bunlar da necə deyərlər başını qorumaqla gün sovurur. Və ən təhlükəlisi də bu beş on nəfərdir. Çünki beyinləri özünün deyil, cahillərin beyni ilə çalışır.

Hər bir cəmiyyət özü öz şəxsiyyətini yaradır. Bütün dəyişikliklərə rəğmən cəmiyyətin dəyərləri toxunulmazdır. Düşünün, dostlar düşünün ki, biganəlik bir gün də sizin qapınızda yarıcan olmasın...

Cavid Fərzəli

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar