Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Emil Rasimoğlu: "Namizəd olmaq Anar müəllimə düşmən olmaqdı?"

Tarix: 30-07-2019 19:32     Baxış: 2303 A- / A+
Emil Rasimoğlu: "Namizəd olmaq Anar müəllimə düşmən olmaqdı?"
Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayına az müddət qalır. Doğrudur, hələlik dəqiq vaxt açıqlanmayıb. Hazırkı sədr Anarın da namizədliyini irəli sürüb-sürməyəcəyi məlum deyil. Amma artıq sədrlik postuna gənclərdən namizəd də var. AYB üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu namizəd olacağını açıqlayıb. Hətta bir sıra məsələlərə sərt tənqidlə yanaşıb.

Manevr.az xəbər verir ki, AYB üzvü, Prezident təqaüdçüsü Emil Rasimoğlu hafta.az-a açıqlamasında bildirib ki, namizədliyə də, sədrliyə də iddialıdır:

“Bilirsiniz, çox qəribədir. AYB-nin XIII qurultayı ilə bağlı kim fikir söyləyirsə ilk öncə diqqət Anar müəllimə və onun namizəd olub-olmamasına yönəlir. Axı mən eləcə də digər şəxslər (qələm adamları) məlum məsələ ilə bağlı münasibət bildirəndə niyə Anar müəllimin namizəd olub-olmayacağını nəzərə almalıyam və ya nəzərə almalıdırlar? Bu nə düşüncədir? Qurultay zamanı namizədliyini verər də özü bilər, verməz də...Verəcəksə o, da olacaq namizədlərdən biri. Hal-hazırkı vəziyyətə görə indi belə çıxır ki, Anar Rzayev namizədliyini verdiyi halda bütün proseslər bir başqa cür cəryan etməlidir, vermədiyi halda isə tamam bir başqa cür? Sizi inandırıram görün hansı durumdur ki, Anar müəllim namizədlik addımı ilə belə düşüncələrə, münasibətlərə ümumilikdə mühitə təsir göstərməyi bacarır. Ona görə bir çoxları öz mövqeyini onu nəzərə alaraq bəlli edir”.

Şairin sözlərinə görə bu ədəbi mühitdə elə bir aura yaranıb ki, nə qədər ki, Anar müəllim var o qədər də alternativsizlik anlayışı hökm sürməlidir. Bu auranı da yaradan gənc yazarlardan tutmuş AYB-də çalışan məsul şəxslərə qədər olan əksəriyyətdi:

“ Məhz bu baxımdan bu mənzərəni görüb hətta gəldiyim qənaətə görə bu gün Anar müəllim artıq namizədsizlikdən, sağlam mübarizəsizlikdən, süni yaradılmış alternativsizlikdən Azərbaycan Yazıçılar Birliyinə sədr vəzifəsindədir. Bu qədər mütilik olmaz. Ədəbi camiədəki bu adamlar hələ sədrlik bir yana, namizədliyə belə özlərini inandırıb rəva görmürlər. Mən bundan öncəki açıqlamalarımda da AYB-nin XIII qurultayında namizəd olacağımı vurğulamışam, yeri gəlmişkən indi də vurğulayıram. Mən namizədliyə də, sədrliyə də iddialıyam. Bu öz yerində. Yaxşı, indi mən namizəd olduğum halda məni güllələyəcəklərmi ya ümumən belə bir hüququm yoxdumu? Yoxsa namizəd olmaq Anar müəllimə düşmən olmaqdı? Mən fikirlərimin sonunda yenə xüsusən ədəbi gəncliyin növbəti qurultayda namizəd kimi çoxluq təşkil etməsinin tərəfdarıyam. Bu baxımdan da həmkarlarımı sağlam mübarizəyə və özünə inama çağırıram. Buna isə ümid edirəm”.

Qeyd edək ki, birlikdən verilən açıqlamalara görə növbəti qurultay ilin sonunda və ya gələn ilin əvvəlində baş tuta bilər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar