Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Milli Məclis xoşuma gəlmədi buraxıram, elə şey yoxdu...” - Səfa Mirzəyev

Tarix: 29-07-2019 17:30     Baxış: 3209 A- / A+
“Milli Məclis xoşuma gəlmədi buraxıram, elə şey yoxdu...” - Səfa Mirzəyev

“Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi Konstitusiya və nizamnamə ilə nəzərdə tutulan bir haldır. Milli Məclis yaranandan, yəni 1995-ci ildən sonra demək olar ki, hər il yay aylarında növbədənkənar sessiya keçirilir”.

Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

Onun sözlərinə görə, bunun əsas şərti onunla bağlıdır ki, qanunvericilik işlər planında olan məsələlər sessiya dövründə tam həyata keçmir: “Elə məsələlər var ki, onlar təcili həll olunmalıdır. Ona görə də növbədənkənar sessiya keçirilir. Yanlız bir il qanunverici orqanın növbədənkənar sessiyası olmayıb. 2006-cı ildə növbədənkənar sessiya keçirilmədi. O zaman Prezident İlham Əliyevin təşəbbüs ilə parlamentin plenar iclas zalında təmir və yenidənqurma işləri başladı. Yay ərzində bu işi tamamlamaq üçün növbədənkənar sessiya çağırılmadı”.

Aparat rəhbəri qeyd edib ki, bununla bağlı yaradılan ajiotajı başa düşmür: “Adama elə gəlir ki, hər hansı problemi qabartmaq üçün səbəb axtarırlar. Çünki hər il növbədənkənar sessiya keçirilib. Yazılanları oxuyanda istər-istəməz adama elə gəlir ki, əgər növbədənkənar sessiya iyunda başa çatmayıb iyula keçirsə deməli burada fövqəladə bir şey var. Özüm də medianı oxuyuram. Yazırlar ki, təcili və fövqəladə sessiya çağırıldı. Bu barədə yazan jurnalistlər bilməlidir ki, qanunvericilikdə nə təcili, nə də fövqəladə sessiya anlayışı yoxdur. Ancaq növbədənkənar sessiya keçirə bilərik. Bu da bir qayda olaraq keçirilir”.

S.Mirzəyev hesab edir ki, bunu hər hansı digər səbəblərlə izah edən şəxslər başqa niyyət güdürlər: “Onlar cəmiyyətdə ajiotaj yaratmaq istəyirlər. Söz-söhbət gedir ki, Milli Məclis buraxılacaq, vaxtından əvvəl seçkilər keçiriləcək. Yəqin ki, orta məktəblərdə Azərbaycan Konstitusiyası keçirilir. Onu oxusalar, biləcəklər ki, biz hüquqi dövlətdə yaşayırıq və Milli Məclis istənilən an buraxıla bilməz. 20016-cı ildə referendum keçirtdik və Milli Məclisin buraxılma şərtləri konstitusiyada əksini tapıb.

Səhər yuxudan durdum Milli Məclis xoşuma gəlmədi buraxıram, elə şey ola bilməz. Konstitusiyanın 98-1 maddəsində parlamentin buraxılması üçün 3 şərt nəzərdə tutulub. Birincisi Milli Məclis il ərzində 2 dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərsə, ikincisi Konstitusiya, Ali məhkəmələr və Mərkəzi Bankın idarə heyətinin prezident tərəfindən təqdim olunmuş üzvlərini iki dəfə dalbadal təyin etməsə. O da o halda ki, təyin etməmək həmin orqanın davam etməsinə mane olsun. Üçüncüsü isə Milli Məclis üzərinə düşən işi həyata keçirmir. Bu hallar olmasa parlamenti buraxmaq mümkün deyil”.

S.Mirzəyev deyib ki, parlamentin buraxılacağı haqqında iddialar güclü fantaziyanın məhsuludur: “Guya Yeni Azərbaycan Partiyası göstəriş versə ki, üzvləri iclasa gəlməsin, istefa ərizəsi yazaraq deputat səlahiyyətlərindən imtina etsinlər, onda parlament buraxıla bilər. Bunu ən ağır yuxuda belə görmək mümkün deyil. Ona görə də deyilənlərin heç bir əsası yoxdur. Milli Məclis normal rejimdə işləyir və ümid edirəm ki, vəzifələri layiqincə yerinə yetirir”.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar