Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tural Turan- "Tiflisdə türk əmiranəliyinin vaxtı çatıb"

Tarix: 28-07-2019 17:47     Baxış: 2195 A- / A+
Tural Turan- "Tiflisdə türk əmiranəliyinin vaxtı çatıb"
Tiflis Azərbaycanın olmaq istəyir

Bu yaxınlarda Tiflisdə idim. Şəhəri gəzdim. Arxa küçələrində oldum. Doğma Şeytanbazarı dolaşdım. Soydaşlarımızla söhbətləşdik. Buradakı durumdan danışdıq. Dedilər ki, Tiflis indi narahat günlərini yaşayır. Şəhər acdır. Xoşbəxtliyin, rahatlığın aclığaclığını yaşayır. Şəhərə az-çox rəng verənlər də turistlərdir. Gürcülər də tikan üstədir, digərləri də. Şəhərin türklər yaşayan məhəllələrində də boz çalarlar hökm sürür.

Zura adlı bir gürcü ilə Azərbaycan dilində söhbətləşirik. Çətinliklə də olsa fikrini ifadə edə bilir. Vaxtilə keçi alveri ilə məşğul olub. Qazaxa, Ağstafaya keçi dalınca çox gəlib-gedib. Sovet dövründən dəm vurur. Sovet hökuməti dağılana qədər 16-17 il Tiflis, Rustavi yeməkxanalarına keçi daşıyıb.

Zura ermənilərdən gileylənir. Biznesmenlərdən. Deyir ki, Tiflisdə bank sistemini haylar öz əlinə almağa başlayıb. Onlar ac gürcülərə külli miqdarda kredit paylayırlar. Borclarını qaytara bilməyəndə isə evlərini əllərindən alırlar. Başqa ermənilərə ucuz qiymətə satırlar. 73 yaşlı Zura 20-30 ilə Tiflisin erməniləşəcəyindən qorxduğunu etiraf edir. Onu da deyir ki, ermənilərdənsə fağır, yeyib-içməyə, pul xərcləməyə "of" deməyən əliaçıq azərbaycanlıların - türklərin şəhərdə söz sahibi olmalarını daha məqsədəuyğun sayır: "Sizinkilər insaflıdır. Çörəkverəndir. Dostcanlıdır. Dava-dalaşla, narahatlıqla araları yoxdur. Ermənilərdənsə sizinkilərin burada olması yaxşıdır. Erməniləri görürsünüz, özlərini burada ev sahibi kimi aparırlar".

Elə bu zaman bələdçimiz Eldar Zura kişinin sözünü balla kəsir:

- Ta deyin ki, Tiflis ermənini yox, azərbaycanlını, Azərbaycanı istəyir də...

Zura gürcü dilində "bəli, doğrudur" - cavabını verir. Əlavə edir ki, türklər hər zaman gürcülər üçün təhlükəsiz olub. Üstəlik, şovinist deyillər. Pul qazanmağa aludə olsalar da çörəkverəndirlər. Sonra da "xoşbəxtsiniz, tanrı sizə hər cür sərvət verib"- deyə fikrini nöqtələyir.
Zuradan ayrılardan sonra düşünməyə başladım; bəlkə bu fürsətdən yararlanmaq lazımdır?! Bəlkə Tiflisi ev-ev özümüzə qaytara bilərik?! Bəlkə varlı, imkanlı adamlarımız də bu haqda düşünürlər?

SOCAR-ın yanacaqdoldurma məntəqdindən keçirəm. Benzinin bir litri 4 laridir. Elə yazılıb. Sükanı sağda olan avtomobillər benzin köşkündə növbəyə dayanıb. Avtobusa minərkən saytlarımızdan oxuyuram ki, bir qrup gürcü Keşikçidağda sərhədçilərimizin əlindən silahlarını alıb. Onlara hücum çəkiblər.
Elə bu anda içimdən - hələ də gec deyil, Azərbaycanı istəyən Tiflisi ev-ev almağa tələsməliyik- fikri keçir içimdən. Tiflisdə türk əmiranəliyinin vaxtı çatıb, əkələr.

Düşünün! Düşünün ki, Tiflisdə evlərdən günaydın səsi gəlməyincə Borçalının üzünə gün doğmayacaq. Qurd dərəsində tülkü bəyliyini həzm etmək yalquzaqlara yaraşarmı?..

Tural Turan
20 bürkü (iyul) 2019-cu il
Bakı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar