Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili AzTV-dən nələr yazdı?

Tarix: 28-07-2019 12:23     Baxış: 3166 A- / A+
Millət vəkili AzTV-dən nələr yazdı?

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində son altı ayda çox ciddi keyfiyyət dəyişiklikləri baş verməsini həm tamaşaçı, həm də keçmiş bir həmkar olaraq, böyük məmnuniyyətlə izləyirəm. Efirin siması demək olar ki, büsbütün dəyişib, televiziyada böyük canlanma yaranıb.

Manevr.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva AzTV haqda sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib. O bildirib ki, qısa müddət ərzində belə dəyişikliklərə nail olmaq önəmli uğurdur və ümid edirem ki, uğurlar daha da artacaq:

“Bir sözlə, görünən odur ki, uzun sürən durğunluq dövrü başa çatıb və AzTV-nin həyatında yeni mərhələ başlanıb. Yeni mərhələ isə özündə yeniləşmə, müasirləşmə və yüksək zövq ehtiva edir. Efir dinamikasına nəzər salan hər kəs bunun canlı şahidi olur. Burada xüsusi qeyd ediləsi məqamlardan biri də təqdim olunan yeni verilişlərdir. Təbii ki, böyük zəhmət və gərgin fəaliyyət tələb edən verilişlərin ərsəyə gəlməsi, efirin yüksək zövqlə təqdimatı həm də mənəvi-psixoloji amillə birbaşa bağlıdır. Şübhəsiz ki, sağlam mühit yaradıcılıq imkanlarını artırır, yeni-yeni ideyalara yol açır”.

Millət vəkili ictimai-siyasi proqramları xüsusi olaraq qeyd edib və bildirib ki, dəfələrlə qonaq qismində dəvət aldığı bu istiqamətdə proqramların hər birində aktuallıq və operativlik başlıca prinsip kimi diqqətdə saxlanılır. Bəzi hallarda isə bu verilişlər birbaşa park və xiyabanlardan yayımlanır:

“Bu da, məncə, AzTV-nin efir praktikasında ilklərdən biridir. Mədəniyyət kanalında da yeni və bir-birindən maraqlı layihələr izləyirik. Telekanalda yayımlanan bütün yeni proqramlar tamaşaçının maariflənməsinə, milli-mənəvi dəyərlərin, xüsusilə gənclərdə vətənpərvərlik əhval-ruhiyyəsinin artmasına zəmin yaradır. Bütün bunlar efir palitrasını və nəticə etibarı ilə tamaşaçının intellektini zənginləşdirir. Bir sözlə, AzTV son 6 ayda müsbətə doğru çox böyük addımlar atıb və bunu görməmək sadəcə mümkün deyil. AzTV-dəki həmkarlarıma bundan da böyük uğurlara imza atmalarını diləyirəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar