Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Nigar Arif- "Fikir pəncərəsi..." -ŞEİR

Tarix: 28-07-2019 10:42     Baxış: 2596 A- / A+
Nigar Arif- "Fikir pəncərəsi..."

Qapısı qıfıllı bir evəm bəlkə,
Özüm öz içimdən çıxa bilmirəm...


Manevr.az gənc şair Nigar Arifin şeirini təqdim edir:

Fikir pəncərəsi...

Yox, daha danışa, dinə bilmirəm,
Nə deyim dünyanın qara üzünə,
Bu şər vaxtına, axşam üstünə,
nə deyim?...
Nə deyim bu evdən, bu yoldan keçən,
Bu çarpaz yolların əlindən tutub,
Bu tozlu şəhərin soyuğundan, istisindən,
Maşınların tüstüsündən keçən,
Küçə-küçə lampaların işığından,
Gecə-gecə adamların içindən,
İçindəki adamların gözünden keçən,
Keçib-keçib sözə dönən
əyrisinə, düzünə,
Dünyanın güzgüsünə,
Güzgüsündə gördüyüm bu özümə nə deyim?...
Qır bu güzgünü, qır ömrüm-günüm,
Qoy gözüm görməsin ağlım kəsəni,
Nə olsun etməz adam hər ağlına əsəni?
Mən adam deyiləm, adam deyiləm...
Qapısı qıfıllı bir evəm bəlkə,
Özüm öz içimdən çıxa bilmirəm.
Bilmirəm...
Görəsən bu evin pəncərəsi hardadır?
De görüm o pəncərə açılır hara?
Götür fikrim apar məni,
Apar burdan uzaqlara.
Bəlkə pəncərələr de dilsiz evlərin qollarıdır, qolları.
Hər səhər, hər axşam
Gördüklərimizi bizə göstərməkçün deyil,
Görmədiklərimizi qucaqlamaq üçün açılır?..

Nigar Arif

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar