Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbi ekspertdən AÇIQLAMA: Rusiya hərbçiləri MiQ-29 təyyarəsinin fəaliyyətini iflic ediblər

Tarix: 26-07-2019 20:12     Baxış: 3235 A- / A+
Hərbi ekspertdən AÇIQLAMA: Rusiya hərbçiləri MiQ-29 təyyarəsinin fəaliyyətini iflic ediblər

"Dünən baş vermiş faciə ilə əlaqədar hər kəs çox narahatdır və Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) Qoşunlarına aid MiQ-29 təyyarəsinin təlim-məşq uçuşları zamanı qəzaya uğramasının səbəbləri ilə maraqlanır. Ən əsası da, peşəkar zabiltimiz polkovnik-leytenant Rəşad Atakişiyevin taleyindən hələ də məlumat olmadığından daha çox üzülürük".

Manevr.az demokrat.az-a istinadən xəbər verir ki, bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov özünün feysbuk səhifəsində qeyd edib. Hərbi ekspert yazır ki, Azərbaycana məxsus MiQ-29 döyüş təyyarəsi Rusiya hərbiçiləri tərəfindən sıradan çıxarılıb: "Yazacağım qeydlərə və versiyaya çox xahiş edirəm ki, heç bir siyasi rəng və çalar qatılmasın. Və yazdıqlarımın da qətiyyən guya Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına yönəlik addım olmasını da qətiyyətlə bəri başdan rədd edirəm. Çox xahiş edirəm ki, Müdafiə Nazirliyinin rəhbərliyi və yaradılmış komissiya üzvləri hərtərəfli, geniş yoxlama işləri apardıqdan sonra özləri qərar versinlər. Azərbaycan Müdafiə Nazirliyinin pilotu və MiQ-29 döyüş təyyarəsi Rusiya Müdafiə Nazirliyinin Cənub Qoşunlarının tərkibinə daxil olan Xəzər Donanmasının hərbçiləri tərəfindən səhvən radioelektron avadanlıqların istifadəisi ilə sıradan çıxarılıb. Baxmayaraq ki, Rusiya tərəfinin də məlumatı var idi ki, bizim hərbi pilotlarımız gecə uçuşları həyata keçirəcəklər. Sadəcə, axşam saat 22 radələrində Rusiya tərəfinin hərbçiləri ya bilərəkdən, ya da bilməyərəkdən (bunu yalnız istintaq qrupu araşdıra və dəqiq qiymət verə bilər) ən müasir REM vasitələrini işə salaraq MiQ-29 təyyarəsinin fəaliyyətini iflic ediblər. Bu məlumatı mənə ölkəmizdən kənar çox mötəbər bir hərbi diplomat bir neçə saat bundan əvvəl verdi. Və sizi tam əmin edirəm ki, hadisənin baş vermə vaxtı və iyulun 18-dən rusların məhz Xəzər dənizinin Şimal istiqamətində təyyarəmizin qəzaya uğradığı ərazinin lap yaxınlığında REM qoşunlarının genişmiqyaslı hərbi təlimlər keçirməsi ilə birbaşa əlaqəsinin olması Azərbaycanın MiQ-29 təyyarəsinin ya qəsdən, ya da bilməyərəkdən "söndürülməsi" versiyasını tam əsaslandırır. Yazdıqlarımı qətiyyən heç bir siyasi çalar vermədən təhlil edilməsini həm xahiş, həm də gələcəkdə belə faciələrin baş verməməsi nöqteyi-nəzərdən yoxlanılmasını vacib sayıram".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar