Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentə müraciət edən jurnalist mənzillə təmin olundu

Tarix: 26-07-2019 19:17     Baxış: 4141 A- / A+
Prezidentə müraciət edən jurnalist mənzillə təmin olundu

Ev problemi ilə bağlı Prezident İlham Əliyevə müraciət edən məcburi köçkün, "Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov mənzillə təmin olunub.

Manevr.az xəbər verir ki, bu barədə həmin qəzetin baş redaktoru Bahəddin Həzi məlumat verib.

O, R.İbrahimovun özü ilə yanaşı həyat yoldaşının da məcburi köçkün olduğunu bildirib:

"İş yoldaşımız, tanınan, çalışqan, fədakar jurnalistlərdən biri olan Ramid İbrahimovun ölkə Prezidentinə müraciəti müsbət nəticə verdi. Bu gün Ramidi Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə dəvət etdilər və ona "Qobu Park”da məcburi köçkünlər üçün inşa olunmuş binada mənzil ayrıldığını bildirdilər. Ramid İbrahimovun ailəsi və özü 1993-cü ildə Füzuli rayonunun işğalı nəticəsində məcburi köçkün düşüb. Bu yaxınlada ailə quran Ramidin həyat yoldaşı da, həyat yoldaşının valideynləri də məcburi köçkündürlər. Ramid özü də, həyat yoldaşı da Bakı şəhərində işləyirlər və kirayədə yaşayırlar. Çox çətinlik çəkirdilər. Müraciətə müsbət cavab verdiyi, gənc ailənin probleminə həssaslıq göstərdiyi üçün Prezident İlham Əliyevə kollektivimiz adından təşəkkür edirəm. Müvafiq qurumların rəhbərlərinə və bizə dəstək göstərmiş bütün həmkar dostlara - dəyərli media quruluşlarına, zəhməti keçən bütün jurnalistlərə təşəkkür edirəm. Ramidi və ailəsini isə ürəkdən təbrik edirəm!”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar