Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış sənətçilər ölüm hökmünün bərpasını istədilər – “Ölüm hökmü olmalıdır!”

Tarix: 24-07-2019 18:36     Baxış: 3183 A- / A+
Tanınmış sənətçilər ölüm hökmünün bərpasını istədilər – “Ölüm hökmü olmalıdır!”

“Ölüm cəzası” cinayətkarlığın qarşısında sipərdir. Fikirləşmək yox, qəti qərara gəlmək lazımdır”.

Manevr.az xəbər verir ki, bu sözləri əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan “Yeni Müsavat”a açıqlamasında bildirib. Əməkdar artist xaq artisti Nürəddin Mehdixanlının fikri ilə razılaşdığını və ölüm hökmün bərpasının gərəkliliyini vurğulayıb:
“Əslində adət-ənənələr qanunlardan güclüdür. O bədbəxt və onun kimilər adət-ənənələrimizi sevib, qorusaydılar həyatlarını belə murdarlayıb, nəsil-köklərinin adını ləkələyib, zəhərləməzdilər. Hər birimizin bilməyə məcbur olduğu, amma təəssüf ki, heç birimizin bilmədiyi bir şey varsa, o da qanundur. Dünya qanunların sayəsində yaşayır. Əlbəttə ,cəmiyyət əxlaqlı olsa, qanunları daha asan tətbiq etmək olar. Məncə, hələ heç bir cinayətkar özünə təqsirkar deməyib. Hamı öz günahını etiraf etsəydi, onda lüğətdən günahkar sözünü çıxartmaq lazım idi.
Tanınmış sənətçilər ölüm hökmünün bərpasını istədilər – “Ölüm hökmü olmalıdır!”

Necə deyərlər, “Qanunlara əməl etməyən insandan zərərli heyvan yoxdur”. Ona görə də biz azad olmaq üçün, ilk növbədə qanundan güclü olmalıyıq. İnsan nə qədər gücsüz olsa da, özünə hökm etməyi bacarmalıdır. Çünki pis adamlar cəzadan qorxduqları üçün, yaxşı adamlar isə öz ləyaqətlərinə hörmət etdiklərinə görə, bəd əməldən çəkinirlər. Heç vaxt haqlının haqqı haqsızda qalmaz. Əbəs yerə deməyiblər: “Atom bombası müharibənin qarşısını almaqda ən təsirli vasitə olduğu kimi, ölüm cəzası da cinayətkarlığın qarşısında sipərdir. Fikirləşmək yox, qəti qərara gəlmək lazımdır. Bəs eşitməmisiz? Atalar deyib: "Qurda rəhm etmək, qoyuna zülm etmək deməkdir”.
Kinolarda görmüşük ki, elə həyatda da. Necə ki, yaralı heyvanı əzab çəkməməsi üçün güllələyirlər, eləcə də, elə cinayətkarlar var ki, onları bu əzabdan qurtarmaq üçün ölüm hökmü olmalıdır.
Xalq artistimiz Nurəddin Mehdixanlının fikri ilə razıyam. Allah eləsin Ki, günahkarlar olmasın, məhkumlar da azalsın. Amin. Nə qədər günahlar az olarsa, dünyamız salamat olar”.
Tanınmış sənətçilər ölüm hökmünün bərpasını istədilər – “Ölüm hökmü olmalıdır!”

Qeyd edək ki, bu günlərdə xalq artisti Nürəddin Mehdixanlı Sumqayıtda 55 yaşlı kişinin 8 yaşlı qızı zorlanması xəbərinə qəzəbini gizlədə bilməyərək, sosial şəbəkədə status yazmışdı. Xalq artisti ölüm hökmünün bərpasını istəmişdi:
“Ölüm hökmü qayıtmalıdır. Saysız qətl hadisələrinin və bu sayaq vəhşiliklərin əsas baş vermə səbəbi ölüm hökmünün ləğv edilməsidir”.

Xatırladaq ki, Sumqayıtda nənəsigilə qonaq gələn 8 yaşlı qız 55 yaşlı kişi tərəfindən qaçırılıb. Həmin şəxs uşağı aldadaraq, yaxınlıqda yerləşən restoranın arxasındakı zirzəmiyə apararaq, bir gecə orada saxlayıb. O, həmin gecə 8 yaşlı qızı zorlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanılıb, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar