Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sona Vəliyevaya “Qızıl qələm” mükafatı verildi

Tarix: 22-07-2019 22:53     Baxış: 3143 A- / A+
Sona Vəliyevaya “Qızıl qələm” mükafatı verildi

Qırğız Milli Yazıçılar Birliyinin (QMYB) bir qrup üzvü Bakıda səfərdədir. Birliyin başqanı Nurlan Kalıbekovun başçılıq etdiyi nümayəndə heyəti üç əsrin qəzeti olan "Kaspi” qəzetinin kollektivi ilə görüş keçirib.

Manevr.az xəbər verir ki, "Gənc Qırğız şeiri antologiyası”nın təqdim olunduğu görüşdə ölkələrimiz arasında ədəbi əlaqələrin dünəni, bu günü və gələcək perspektivləri müzakirə olunub. Qeyd edilib ki, hər iki ölkənin şairlərinin bir-birini yaxından tanımasına və bir-birini tanıtmalarına ehtiyac var.

Tədbirdə QMYB-nin başqanı Nurlan Kalıbekov tanınmış şairə, filologiya üzrə elmlər doktoru, antalogiyanın məsləhətçisi Sona Vəliyevaya Birliyin təsis etdiyi "Qızıl qələm” mükafatını təqdim edib. S.Vəliyeva dəyərli mükafata görə təşəkkürünü bildirərək, "yaradıcılığımla bu mükafata layiq olmağa çalışacağam” söyləyib.

Qeyd edək ki, "Gənc qırğız şeiri antologiyası”nın layihə rəhbəri Milli Məclisin deputatı Cavanşir Feyziyev, baş redaktoru Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır. Nəşrdə 35 gənc qırğız yazarının müxtəlif mövzuda şeirləri toplanıb. "Gənc Qırğız şeiri antologiyası” Bakıda və Bişkekdə ədəbi ictimaiyyətə təqdim olunacaq. Gələcəkdə Azərbaycanın gənc şairlərinin şeirlərindən ibarət antalogiyanın da Qırğızıstanda çap olunması nəzərdə tutulub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar