Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Siyasiləşmiş “media ekspertləri”: onlar kimin maraqlarına xidmət edirlər?

Tarix: 21-07-2019 20:15     Baxış: 3179 A- / A+
Siyasiləşmiş “media ekspertləri”: onlar kimin maraqlarına xidmət edirlər?

“Mən vəziyyətin dəyişə biləcəyinə işarə verən əlamətlər görürəm. "Turan" agentliyinin, "Ayna" və “Zerkalo” qəzetlərinin fəaliyyətlərini bərpa etməsi məndə belə ümidlər yaratdı. Düşünürəm ki, onların fəaliyyətlərini bərpa etməsində ölkə rəhbərliyinin ortaya qoyduğu fərqli iradə rol oynadı.... Ancaq hakimiyyət daxilində həmin KİV-lərin fəaliyyətindən heç də razı qalmayan vəzifəli şəxslər var.
Vaxtilə "Turan" agentliyinin, "Ayna" və “Zerkalo” qəzetlərinin bağlanmasına nail olmuşdular. Onlar yenə məqam gözləyirlər. Əgər onların bu cür fəaliyyətlərinə imkan verilərsə, xoşagəlməz proseslər davamını tapacaq”.


Bu fikirlər özünü “mediatexnoloq”, “müstəqil media eksperti” kimi təqdim edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevə məxsusdur. Milli Mətbuatın 144 illiyi ilə bağlı “demokrat.az” xəbər portalına verdiyi müsahibədə Azərbaycan mediasının mövcud durumunu qiymətləndirərkən belə deyib. Təqdim etdiyimiz qısa sitat, ümumilikdə müsahibənin motivini təşkil edir, oxucuya belə fikir aşılanır ki, Azərbaycan Prezidenti medianın qayğısına qalır, medianın inkişaf edib dünya çapına çıxmasına çalışır, amma Prezidentin media siyasətini icra edənlər ya səriştəsiz, ya da qərəzli yanaşma ilə bu səyləri heçə endirirlər, medianı “belə günə qoyurlar”.

Eyni fikirlər, kosmetik dəyişikliklərlə Qulu Məhərrəmlinin “versus.az “ xəbər saytına verdiyi müsahibədə, Elçin Şıxlının telemüsahibəsində təkrar olunur. “Belə mətbuatın nəyini təbrik edəsən?” başlığı ilə yayımlanan müsahibədə Qulu Məhərrəmli simvolik fərqlərlə Arif Əliyevin tezislərini təkrarlayıb.

Müsahibələr tezislərin təkrarlanması ilə yanaşı, eyni tarixdə yayımlanmaları, eyni hədəfləri vurmaları ilə diqqət çəkirlər. Kimsə iddia edə bilər ki, 2 gün sonra Milli Mətbuatın 144 illiyi tamam olur, müsahibələr bu məqsədlə verilib, tarixlər də bu baxımdan üst-üstə düşür. Amma deyil: bu fikirlərin nə Milli Mətbuat Gününə, nə də medianın mövcud durumuna aidiyyatları yoxdur. Bunlar bir “ mediatexnoloq”un, “müstəqil media eksperti”nin də fikirləri deyil. Mediaya verilən “siyasi qiymətdir”, büsbütün siyasi mesajlarla doludur; konkret ünvanlara hədəflənib. Media eksperti siyasi oyunlara girişməz, siyasi oyunlara alət olmaz, siyasi qurupların təbliğatçısına çevrilməz. Bu müsahibələr isə əksinə, məhz siyasi oyunlara hesablanıb. Eyni tezislər, təqribən 2017-ci ilin ortalarından başlayaraq, intensiv şəkildə gündəmə gətirilir, vahid mərkəzdən idarə olunur:

“Azərbaycanda islahatlar başlayıb, bu islahat hökumətin media siyasətini icra edənləri da vuracaq” deyə bir fikir aşılanır cəmiyyətə. Media caməsində olub, bu şayiələri eşitməyən, fürsət düşən kimi qolundan çəkilib “sən də gəl bizə qoşul” təklifini almayan qalmayıb, yəqin ki. Prezidentin başlatdığı islahat dalğasını fürsət bilib keçmişini gizlətmək, özünə yer tutmaq istəyənlər çoxalıb, “suyu bulandırıb balıq tutmaq” istəyənlər az deyil. Olsun, islahatı hamı dəstəkləyir, hər kəsin hansısa vəzifəyə təyinat almaq, hansısa prosesdə iştirak etmək haqqı var. Amma bunun üçün yalan danışmaq, cəmiyyəti aldatmaq, kimlərinsə əməyini yerə vurmaq, haqqını danmaq, kimlərisə öz toruna salıb naməlum istiqamətə sürümək, bədbəxt edib yarı yolda buraxmaq şərtdirmi? Yaxud, hansısa qrupun oyunçusuna çevrilmək, alət olmaq şərtdirmi?

Qoy əksini desinlər, isbat etsinlər ki, gördükləri iş kampaniya deyil, siyasi məqsəd daşımır, səmimi şəkildə medianın problemlərini çözmək istəyirlər; üç şəxsin müsahibəsi də ya təsadüfən, ya da mətbuat günü ilə bağlı olaraq üst-üstə düşüb. Əgər belədirsə, onda bir həftə öncə Aslan İsmayılovun verdiyi müsahibəni necə şərh edək? Aslan İsmayılov cəmi bircə həftə öncə özünün sosial şəbəkələrdə yaydığı müsahibəsində deyir: “ Elçin Şıxlı, Mehman Əliyev, Qulu Məhərrəmli, Arif Əliyev birlikdə Əli Həsənova qarşı qəti mövqe ortaya qoymalıdırlar....”. Adam komanda verir, icraçılar da dərhal hərəkətə keçirlər, bir gündə hamısı müsahibə verirlər və Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisinin, media siyasətinin icraçısının fəaliyyətini pisləyirlər. Təsadüfidirmi? Əgər belədirsə, niyə açıqlama verib Aslan İsmayılova “biz sənin əmr qulların deyilik” demirlər?

Əvəzində, Aslan İsmayılovun tezislərini öz müsahibələrində olduğu kimi təkrarlayırlar. Bu müsahibələrin kampaniya xarakterli olmasını isbatlayan arqumentlər yetərincədir, hamısını sadalamaq lüzumsuzdur. Bizim diqqət yetirmək istədiyimiz məqam müsahibələrdə əks olunan tezislərin nə dərəcədə “obyektiv” və “səmimi” olmalarıdır.

Müşfiq Ələsgərli

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar