Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Xəqani Həbiboğlu:"Səninlə hara getsəm sanardım Kəlbəcərdi!"

Tarix: 21-07-2019 08:48     Baxış: 2478 A- / A+
Xəqani Həbiboğlu:"Səninlə hara getsəm sanardım Kəlbəcərdi!"

Azərbaycan ədəbiyyatında sambalı, çəkisi və nüfuzlu simaları ilə özünəməxsus yeri olan Kəlbəcər ədəbi mühitinin SÖZə xidmət sahəsində töhfələri danılmazdır. Poeziyaya ayrıca nəfəs gətirən, şeiriyyəti canlandıran onlarca kəlbəcərli şair var ki, onların sayəsində Kəlbəcər ədəbi mühiti formalaşıb, var olub və var olacaq. Həmin var olacaqlardan biri də istedadlı şair Xəqani Həbiboğludur ki, simasına çökmüş abır-həya ruhundan qopan duyğu çələnginə sirayət edircəsinə bir rəng çəkir, gözəllik əta edr...

Manevr.az Xəqani Həbiboğlunun şeirlərini təqdim edir:

Sənə bir çəmən gül bağışlayıram

Vaxtında almadın,əlimdə qaldı,
Məndə əzabların əlində qaldım.
Sənə çiçək vermək gözümdə qaldı,
Sənə bir çəmən gül bağışlayıram!

Yoxdu Dəlidağın güllü yayından,
Güney birdən solar,quzey tayından.
Baxma sən qıymadın sevgi payından,
Sənə bir çəmən gül bağışlayıram!

Ətrini qatarsan arzularına,
Birazın da körpə quzularına...
Ləçəyin bükərsən yazılarına,
Sənə bir çəməngül bağışlayıram!

Birin yada milyon tümən deyirəm,
Daşına mirvari,yəmən deyirəm,
Qayalar gül açır,çəmən deyirəm,
Sənə bir çəməngül bağışlayıram!

Gülü gülləndirən yağışd,mehdi.
Həsrətin şerimin gözündə şehdi.
Bulaq da verəcəm, buhələ behdi,
Sənə bir çəmən gül bağışlayıram!

Gözəlləmə

"Min bir gecə"dən də şirin nağıldı,
Paxıllıqdan ağ buludlar dağıldı.
Xəcalətdən gün dənizdə boğuldu,
Açıldılar:-əl göylərə, göz-ələ,
Aman Allah, gözələ bax, gözələ!

Açılmayıb, puçurruyub dodaqlar,
Başıüstə yelpik çəkir budaqlar,
Ayağına yıxılırdı qovaqlar,
Qorxdular ki, barmaqları əzilə,
Aman Allah, gözələ bax, gözələ!

Kama çatdı meh, saçını daradı,
Saç-Arpaçay,bu qız gözəl Saradı...
Allah bunu xoş vaxtında yaradıb,
Bizlərisə qaçaraqda...tez elə,
Aman Allah, gözələ bax, gözələ!

Bənövşələr çiçək açıb telində,
Hörük zorla bənd alıbdı belində,
Ağlım axdı saçlarının selində,
Tapammıram, ay ana, sən çözələ,
Aman Allah, gözələ bax, gözələ!

Bir də gördüm hərb bürüdü yanımı,
Kişisini dartışdırıb xanımı:
-Kişi, noldu, aldılarmı canını?!
-Eh, ay arvad, gəl bunu da söz elə,
Zalım qızı, gözələ bax, gözələ!

Həsrətindən neçə baxış qarıyar,
Yaraları zaman görən sarıyar?!
Ya padşaha, ya şairə yarıyar,
Qalanları baxırdılar boş elə,
Aman Allah, gözələ bax, gözələ!

Gözəlliyə yaraşıqdı isməti,
Özündən də gözəl ola qisməti.
Xəqaninin şerə döndü heyrəti,
Layiqi var yüz dastana, qəzələ,
Aman Allah, gözələ bax, gözələ!

Üşəndi

Yayda qalın geyən qocalar kimi,
Bu qəfil görüşdən yaman üşəndi...
Dağları, daşları duman üşüdür,
Elə qübarlandım duman üşəndi...

Düşməyibdi nazın dəli atından,
Endi yaddaşımın yeddiqatından.
Nə umum ki, bu ilahi qadından?!
Mən bir qız sevmişdim, zaman üşəndi...

Ömrümün sevdalı dəmi, xoş gördük!
Xəqaninin çəmsiz çəmi, xoş gördük!
Ürəyimin sarı simi, xoş gördük!
Öz doğma səsindən kaman üşəndi...

Sevgi

Sevgi zəlzələ kimidi,
Ən uca evləri yıxır.
Kiçiklərlə işi yoxdu,
O məğrur devləri yıxır...

Zəlzələdən çox ev yıxır,
Alovdan atəşin yaxır.
İçindən ürək sağ çıxır
Sevgi yıxdığı evlərin!

Başı üstə Günəş gülər,
Suyunu buludlar çilər.
Hörgüsün mələklər hörər
Sevgi yıxdığı evlərin!

Məhəbbət hər zaman gözəl,
Yaşayırsan,sev,gözəldi!
Nifrət tikdiyi saraydan
Sevgi yıxan ev gözəldi!

Kəlbəcərlinin canından artıq sevdiyi kəlbəcərli olmayan o qız
"sənlə ancaq Kəlbəcərə gedərəm" - deyib...


Gəl ey həsrəti laləm, ay vüsalı bənövşəm,
"Bənövşə" oyununda yadlara bəndə düşən!
Sevmək mənim sənətim, sevilmək sənin peşən,
Ürəyimdə açan gül, səni kimlər becərdi?!
Səninlə hara getsəm sanardım Kəlbəcərdi!

Kişi ərlik eyləsə, oylağına yar gələr
Daşlara nəfəs gələr, söyüdə də bar gələr,
Xaraba yurd yerinə kaman gələr, tar gələr,
Quşlar da bala vaxtı yuvasına köçərdi,
Səninlə hara getsəm sanardım Kəlbəcərdi!

Qoçdaşdan əsən külək açsın duman duvağı,
İldırım daşı vursun, qaranquşlar suvağın.
Kahalarda bəzənib gəlinin şah otağı...
Mən ölümü seçirəm, namərd nəyi seçərdi?!
Səninlə hara getsəm sanardım Kəlbəcərdi!

Yayda sərinlik üçün sən yayla istəmədin,
Qızlar Bakı sevəndə, harayla istəmədin,
Dəbdəbəli maşınlar, saraylar istəmədin,
Hələ səhv salanlar var:- Kəlbəcər Biləcərdi!!!
Səninlə hara getsəm sanardım Kəlbəcərdi!

Yurd qeyrəti özütək mənalı qız, gözəl qız!
Ay bayatı, gəraylı, qoşma, təcnis, qəzəl qız!
Vətən dərdi çəkərdi qoç igidlər əzəl, qız!
Toyda şərab yerinə gözyaşını içərdim,
Tək bircə şərtin oldu, o bircə- Kəlbəcərdi!

Əldə çəlik

Sən qarı zirvənin qaşına qaxma,
Ucaya səs çatmır, boşuna qaxma!
Yaşımı eşqimin başına qaxma,
Eşqə qənim olan hansı yaşdı ki?!

Səndə aşiq oldun özünü sevdin?
O qara gözlərin közünü sevdin?
Sevdin e, şerimi, sözümü sevdin,
Görürsən, eşqimiz başabaşdı ki...

Qızılquş səmada olsa da ləlik,
Daşlara sığındı xınalı kəklik!
Lap belim bükülüb, bir əldə çəlik,
Sənə gül verməyə biri boşdu ki...

Bal və çiçək

Çiçək mövsümüydü, bir gözəl qızdı,
Ədası arıydı, yanağı yazdı
Baxışım dodaqdan bir kəlmə üzdü,
Cavabı nə oldu, nə?-ta bilmərəm!

Arı-qıza baxdı, qız-gülə baxdı,
Sonra hamı dönüb gül gilə baxdı.
Qız nöqtəyə, mənsə vergülə baxdım,
Nidaya, suala çata bilmərəm!

Bu dünya gözümdə keçi qiyməti,
Gözəl yanında da heçə qiyməti...
Gözəl qız, soruşma-neçə, qiyməti?!-
-Mən balı çiçəyə sata bilmərəm!

Gəldim ki

Görünür ki, darıxıbdı anası,
Özündəndi yaraşığı, xınası...
Uçub gedib o suların sonası,
Bütün dünya boş qalıbdı gəldim ki...

Yandırsa da ayrılığın közündə,
Gül cücərir mələklərin izində.
Abşeronun külək əsən üzündə
Xəzər boyda yaş qalıbdı gəldim ki...

Gözəl deyil, gözəlliyin tacıdı,
Şirin sözü yüz dərdin əlacıdı.
Baxma dili ürəyimi acıdır,
O mehriban,xoş qalıbdı gəldim ki...

Gözlərin

Qorxuram Fatehin adı bata, qız,
İstanbulu qansız ala gözlərin!
Unudam dünyanın gözəlliklərin,
Xəyalımda təkcə qala gözlərin!

Oxu bağışladım, dön bir yaya bax,
Sevilməkdən etməgil ha, həya, bax!
Günəşimsən, gecə hərdən aya bax,
Darıxana salam ola gözlərin!

Gözəlləşib, nə demisən gülə sən?!
Gül-açandı, gül-solandı, gül-əsən!
Arzum budu ömür boyu güləsən,
Bircə mən öləndə dola gözlərin!

Məktub

Mənə bir şəkil göndər,
Gözlərimlə qoxuyum...
Əlçatmaz gözəlliyə
Eşq duası oxuyum...

Mənə şəkil yollasan
Ac qağayı donunda...
Onu əzizləyərəm
Dalğaların tonunda...

Əyninə geyinmisən
Sarı bülbül rəngini...
Hörüklərin neynədi
Qotazlı səhəngini...

Əgər göndərə bilsən,
Heç kimlə yox, tək göndər...
Şəkilçəkən olmasa,
Əlini qoy varağa,
Karandaşla çək göndər...

Mənə şəkil yollasan
Gözucu da baxmaram...
Sanaram məktub gəlib,
Bir müddət darıxmaram...

Mən də şəkil yollardım,
Çəkə bilsəm ah şəkli...
Sənə mənalı verib
Əzizim,Allah şəkli...

Dağları

Solur dolu vurmuş çiçək dənizi,
Gəl ömrüm, gəl gülüm, bəzə dağları!
Demişəm qoynuna gələcək o qız ,
Aldadıb gəlmişəm təzə dağları!

Bulaqlar buzunu qıranda gəlmə,
İldırım palıdı yaranda gəlmə,
Lalələr donunu cıranda gəlmə,
Bədnəzər gətirər gözə dağları!

Nə qədər sən varsan, nə qədər dağ var,
İlhamım çağlardı, dodaqlarım tar!
Dağların vurğunu a sevdiyim yar,
Gəl bizə,köçürüm bizə dağları!

Xəqani Həbiboğlu

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar