Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dəbdə rənglərin dili: Geyimləriniz haqqınızda nə deyir? - ŞƏKİL

Tarix: 20-07-2019 15:48     Baxış: 4250 A- / A+
Dəbdə rənglərin dili: Geyimləriniz haqqınızda nə deyir? - ŞƏKİL

Geyimdə seçdiyiniz rənglərin həm həval-ruhiyəniz, həm duyğularınız, həm də şəxsiyyətiniz haqqında bir çox informasiya verdiyini bilirdiniz?

Manevr.az xəbər verir ki, psixoloqların sözlərinə görə, fərqində olmasanız da, ən çox seçdiyiniz müəyyən rənglərin sizi cəlb etməsinin şüuraltı səviyyədə yatan bir səbəbi var. Oxucuları rənglər və onların mənaları ilə tanış edirik.
Mavi
Dəbdə rənglərin dili: Geyimləriniz haqqınızda nə deyir? - ŞƏKİL

Mavi rəng sizin sadiq və özgüvənli bir insan olduğunuz mesajını verir. Ən populyar rənglərdən biri olan mavi sədaqət, sülh, inam və uğuru təmsil edir. Bu rəng ətrafa rahatlıq duyğusu yayır. Tədqiqatlar göstərib ki, mavi vücudun sakitləşdirici xüsusiyyətlərə sahib bəzi kimyəvi maddələr ifraz etməsinə səbəb olur.

Mavi həm də nizam-intizam və etibar duyğusu oyandırır. Odur ki, şirkət və təhsil müəssisələrin çoxunda maviyə üstünlük verilir.

Sevgilinizlə görüşə gedərkən mavi paltar geyinsəniz, onun gözündə həm seksual görünə, həm də güvənli insan təəssüratı yarada bilərsiniz.
Qırmızı
Dəbdə rənglərin dili: Geyimləriniz haqqınızda nə deyir? - ŞƏKİL

Şəhvət rəmzi sayılan qırmızı ehtirası gücləndirici təsirə malikdir. Eşq və romantizmin də əsas simvolu olan bu “fitnəkar” rəng sizin enerjili, qətiyyətli, ehtiraslı və açıqsözlü xarakterə malik olduğunuz mesajını verir.

Yeniliklər və qəribə hadisələr gözünüzü qorxutmur. Qırmızı həm də ona işarə edir ki, siz sürətlə getməkdən qorxmursunuz, bütün diqqəti yalnız irəliyə yönəldirsiniz. Qırmızını sevənlər diqqət mərkəzində olmağı xoşlayan özgüvənli insanlardır. Bu rəng həm də güclü intuisiyaya malik olduğunu ifadə edir. Seksual və cəsarətli görünmək üçün qırmızıdan daha yaxşı bir variant ola bilməz.
Sarı
Dəbdə rənglərin dili: Geyimləriniz haqqınızda nə deyir? - ŞƏKİL

Sarı rəng aktiv, şən, gülərüz və asan ünsiyyət quran bilən insan olduğunuz mesajını verir. Günəşin simvolu olan sarı ətrafa müsbət enerjilər yayaraq xoş əhval-ruhiyyə yaradır. Əgər tez-tez sarı rəngə üstünlük verirsinizsə, bu, onu ifadə edir ki, həyat dolu və qarşısıalınmaz cazibəyə maliksiniz. Sarı paltarlar geyinən qadınlar fəal, yaradıcı və həyəcanverici xüsusiyyətlərə malikdir. Bu rəng zehnin yaradıcılıq qabiliyyətini artırır, odur ki, ağır iş günləri üçün mükəmməl bir variantdır.
Yaşıl
Dəbdə rənglərin dili: Geyimləriniz haqqınızda nə deyir? - ŞƏKİL

Yaşıl rəng sizin sakit və daxili harmoniyanı balansda saxlayan insan olduğunuza işarə edir. Həm gözləri, həm də ruhu oxşayan bu rəng ətrafınızdakı insanlara da təsir edərək sakitləşdirici effekt yaradır. Yaşıl paltarlara daha çox üstünlük verirsinizsə, bu, onu bildirir ki, hamı tərəfindən sevilmək və tanınmaq istəyirsiniz. Bu rəng, eyni zamanda, sizin sevgi dolu və empatiya hissinə sahib olduğunuza işarə edir. Yaşıl rəngə üstünlük verənlər, əsasən, sosial baxımdan aktivdir, həyatını yaxşı və keyfiyyətli yaşamağa çalışır. Xarizmatik və sirli auraya sahib olmaq üçün yaşıl uğurlu seçimdir.
Qara
Dəbdə rənglərin dili: Geyimləriniz haqqınızda nə deyir? - ŞƏKİL

Qara rəng zərif görünməyi və lüks həyatı sevdiyinizi bildirir. Bu rəng qadın bədəninin incəliyini vurğulayıb, bütün cazibəsini ön plana çıxarır. Bədən ölçülərini vizual olaraq daha arıq göstərmək qabiliyyətindən dolayı qara çox sevilir. Gücü, zərifliyi, lüksü və hakimiyyəti təmsil edən qara ofisdə ideal bir lider obrazı yaratmağa kömək edir, eyni zamanda, romantik bir gecədə seksual və güclü təəssüratlar yarada bilir.

Araşdırmalar göstərir ki, qarderobunda qara rəngin çox olması sizin əlçatmaz, soyuq və ya sərt görünməyinizə səbəb olur. Odur ki, qara geyimləri aksessuarlar və ya fərqli detallarla zənginləşdirməyə dəyər.
Bəyaz
Dəbdə rənglərin dili: Geyimləriniz haqqınızda nə deyir? - ŞƏKİL

Ağ rəng sizin saf və müsbət enerjiyə malik olduğunuzu göstərir. Ağ ismət, saflıq, sadəlik, paklıq və nikbinlik göstəricisidir. Əgər ağ paltarlar sizi daha çox çəkirsə, deməli, azad həyatı və sərbəst fəaliyyəti sevirsiniz. Bu rəng nikbin dünyagörüşünə malik, etibarlı bir insan olduğunuz haqqında informasiya ötürür. Yenilikləri sevən, dürüst və maksimalist bir insansınız.
Bənövşəyi
Dəbdə rənglərin dili: Geyimləriniz haqqınızda nə deyir? - ŞƏKİL

Bənövşəyi rəng nəcib və heyranedici olduğunuzu göstərir. Krallıq rəmzi olan bu rəng mürəkkəbliyi, zənginliyi və lüksü əks etdirir. Eyni zamanda, yaradıcı, cazibədar, anlayışlı və sənət aşiqi olduğunuzu ifadə edir. Bənövşəyi qırmızı ilə mavinin bir qarışığıdır. Odur ki, ona üstünlük verən insanlar çətin və müəmmalı insan təsiri bağışlayır. Bənövşəyi və ya yasəməni paltar geyinən insanlar zövqünə və özünə güvənir.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar