Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Tural Turandan Aydın Canıyevə: "And olsun heykəllərin nəfəsinə..."

Tarix: 20-07-2019 14:55     Baxış: 2240 A- / A+
Tural Turandan Aydın Canıyevə: "And olsun heykəllərin nəfəsinə..."

...Azadlıq həm də
anlamaqdan imtinadır, süzün!..


Manevr.az Tural Turanın bir şeirini təqdim edir:

ANLAMAQDAN İMTİNA

(Aydın Canıyev əfəndiyə)

Məscidlər sərilib yerə
Namaz qılır adamların ayaqları altında.
Ağlayan divarlar hücum çəkir sineqoqlara.
Daha kilsələr
şam işığından qorxmağa başlayıb
gözlərini itirmiş küçələrdə...

Bir udumluq ibadətdi
unudulmaq üçün içilən şərab da;
Tanrı uşaq deyil ki,
Odla qorxutsun onu yaradanları...
Alnımızdakı şeirləri
yedirtməkdir cəhənnəmi...
Şeir ən böyük yalansa,
ən gözəl qısa şeirdir tanrı...

Bu badəni də qaldıraq
müharibələrin sağlığına,
çünki o da zorlananlar siyahısındadır...

And olsun, heykəllərin nəfəsinə,
and veriləsi adam qalmayıb buralarda.
Bu yaşda insanlara inanmaq
qəbirdə özünlə sevişmək kimidir;
Çiyinlərindən və qollarından
bir qadın düzəldərsən özünə -
tanrının və ölümün acığına...

...Süzün əfəndim, süzün!
Çağırın,
göyərçinlər süfrə yoldaşımız olsun,
qəbirlər badə dostumuz.
Anlamadıqlarımızın sağlığına içək
bir az da.
Görmək ibadətdirsə,
anlamaq var-yox söyüşüdür.

...Azadlıq həm də
anlamaqdan imtinadır, süzün!..
Onsuz da bütün inanclar
günahları geyinib gedəcək,
yenə lüt qalacaq insan
gözlərindən aşağıda...

12 bürkü (iyul) 2019
Tiflis, Metexi məhəlləsi
Tural Turan


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar