Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident təqaüdçüsü Gürcüstana NOTA göndərdi

Tarix: 19-07-2019 18:10     Baxış: 2185 A- / A+
Prezident təqaüdçüsü Gürcüstana NOTA göndərdi
Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Tural Turan "Keşikçidağ qalmaqalı" ilə bağlı Gürcüstana və gürcü xalqına açıq məktubla NOTA göndərib.

Maraqlıdır ki, NOTA şeirlə verilib. Şair "Tiflis bizim olacaq" adlı şeirlə Gürcüstanın hazırkı paytaxtının tarixən Azərbaycan torpaqları olduğuna diqqət çəkib. Şeirin müəllifi tezliklə hazırda Gürcüstanın dövlət sərhədləri içərisində qalan Borçalı və digər ərazilərin gec-tez Azərbaycana birləşəcəyinə inamını ifadə edib. Onu da vurğulayaq ki, şair sözügedən şeiri Gürcüstanda olarkən qələmə alıb.

Manevr.az həmin şeiri təqdim edir:

TİFLİS BİZİM OLACAQ!

(Gürcustana və gürcülərə NOTA)

Arx gələcək, çarx dönəcək,
Bu Tiflis bizim olacaq!
Otuz gedib qırx dönəcək,
Bu Tiflis bizim olacaq!

Türkün ki, birliyi tutsa,
Hökmü ağ iliyi tutsa,
Kürün də kürlüyü tutsa,
Bu Tiflis bizim olacaq!

...Yol yaxındı, addım qədər.
İnanıram andım qədər...
Mən əminəm adım qədər,
Bu Tiflis bizim olacaq!

Daha bitir ağrı, azar.
(Tarixləri bilək yazar!)
Biz gəlirik, Şeytanbazar -
Bu Tiflis bizim olacaq!

...Ara bitdi, yenə davam...
Bütövlükdü sözüm-savam!
Qoy nal döysün mehtər babam,
Bu Tiflis bizim olacaq!

Boz gələnlər boz gedəcək,
Qor alovlar köz gedəcək...
Düz gələnlər düz gedəcək,
Bu Tiflis bizim olacaq!

Bitdi bu köləlik çağı.
Son bizimdi əvvəl-axır!
Tural Turan, haqqı çağır,
Bu Tiflis bizim olacaq!

iyul 2019
Tiflis, Şeytanbazar
Tural Turan


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar