Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

İstanbuldakı konsulluğumuzda nələr vaş verir? – Şəkil

Tarix: 18-07-2019 22:45     Baxış: 4139 A- / A+
İstanbuldakı konsulluğumuzda nələr vaş verir? – Şəkil

Belçikada yaşayan Azərbaycan türkü, “Euroxeber” qəzetinin redaktoru Bülent Gürcam “Facebook” profilində Azərbaycanın İstanbuldakı konsulluğunda gördükləri haqda yazıb.
İstanbuldakı konsulluğumuzda nələr vaş verir? – Şəkil

O, konsulluğu tənqid edib. Bizimyol.info xəbər verir ki, Bülent bəyi orada Azərbaycan vətəndaşlarına münasibət çox sarsıdıb. Yazır ki, qadın-uşaq bilmədən hamını küçədə gözlədirlər. Adamlar daşın üstündə oturmağa məcbur olur. Gürcam səfirlikdə görüş almaq üçün uzun-uzadı prosedurlar tətbiq olunmasını da tənqid edib.

Onun fikrincə, heç kim öz ölkəsinin konsulluğunda və ya səfirliyində bürokratik əngəllərlə qarşılaşmamalıdır. Bülent konsulluğu tam bir imarət kimi təsvir edib: təxminən 1000 kvadratmetr ərazini əhatə edən dördmərtəbəli bina, hər tərəfdə kameralar, dəmir qapılar, gülləkeçirməyən şüşələr, son model diplomatik nömrəli avtomobillər, böyük bağça, qaraj… Halbuki bu boyda yerdə uzağı 20 nəfər işləyir.
İstanbuldakı konsulluğumuzda nələr vaş verir? – Şəkil

Bülent bəy konsulluğun rüsumu dollarla almaqla qanunvericiliyi pozduğunu yazır. “İş Bankası”na 55 dollar ödətdiriblər. Halbuki qanunvericilik yalnız türk lirəsi ilə ödəməni məqbul sayır.

Gürcam hesab edir ki, burada həm də aşkar inhisar var. Konsulluqla üzbəüz “Türkiye Garanti Bankası”nın şöbəsi olduğu halda, 55 dolları məhz “İş Bankası”nda ödəməyə məcbur ediblər. Amma bununla iş bitməyib. Bank əməkdaşı daha 30 manat xərc olduğunu bildirib. “Sizi rəsmən soyurlar”, – Gürcam belə yazır.
İstanbuldakı konsulluğumuzda nələr vaş verir? – Şəkil

Bülent bəy yazının sonunda bəzi suallar ortaya qoyur: 1. 1000 kvadratmetr ərazisi olan yerdə konsulluq niyə gözləmə zalı yaratmayıb? 2. Bu insanlar saatlarla gözləyərkən təbii ehtiyaclarını necə ödəyirlər? (tualet, su, və s.) 3. Anketlər niyə uyğun olmayan yerlərdə, divarda doldurulur? 4. Hörmətli konsul lüks avtomobilində keçərkən insanların bu zülmünü görmürmü? 5. Ən önəmlisi, Azərbaycanın Xarici İşlər Nazirliyi niyə bu zülmdən xəbərsizdir?bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar