Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şabranda Nisə Heydərlinin "BİR TAXT QURMUŞAM ÖLÜMƏ" kitabının təqdimatı keçirildi - ŞƏKİLLƏR

Tarix: 16-07-2019 17:08     Baxış: 2650 A- / A+
Şabranda Nisə Heydərlinin "BİR TAXT QURMUŞAM ÖLÜMƏ" kitabının təqdimatı keçirildi

Şabranda istedadlı şair, publisist, AYB-nin və AJB-in üzvü Nisə Heydərlinin yeni nəşr olunmuş "BİR TAXT QURMUŞAM ÖLÜMƏ" adlı şeirlər kitabının təqdimatı keçirildi.
Manevr.az xəbər verir ki, "Xaqani" poeziya evində baş tutan tədbirdə Sumqayıt, Şabran, Quba, Xaçmaz ədəbi mühitinin nümayəndələri, müəllifin müəllimləri, həmkarları, dostları, ailə üzvləri və başqaları iştirak etdi. Tədbiri giriş sözü ilə poeziya evinin direktoru, şair Aybəniz Əliyar açaraq qonaqlrı salamladı, müəllifin həyat və yaradıcılığını əhatələyən geniş çıxış etdi. O, N. Heydərlinin poeziyasının özünəməxsusluğunu, fəlsəfi yönlərini, poetik yükünü xüsusilə vurğuladı. Aparıcılıq missiyasını öz üzərinə götürmüş xanım, müəllifin şeirlərindən nümunə gətirməklə, onun haqqında fikirlərini təsdiq və sübut etmiş oldu. Sonra A.Əliyar sözü qocaman jurnalist Mürsəl Balayevə verdi. Kövrək notlarla çıxışına başlayan M. Balayev Nisə xanımın hələ orta məktəb illərindən şeir və müxtəlif yazıları ilə o vaxtkı "Qurucu" (indiki "Şabran") qəzetinə müraciətindən, onun çox çalışqan və istedadlı olmasından danışdı. Qocaman jurnalist N. Heydərlinin məhz onun redaktoru olduğu qəzetdə yetişməsindən və bu gün tutduğu mövqedə zəhmətinin olmasından məmnunluq duyduğunu qeyd edərək onu təbrik etdi, uğurlar dilədi. Tədbirə şairin şeirlərindən nümunələr səsləndirməklə davam edən A.Əliyar, sözü Sumqayıtdan gələn qonaqlara verdi. İlk olaraq AJB-nin Sumqayıt təşkilatının sədri, əməkdar jurnalist, şair Rafiq Oday çıxış edərək həmkarının Şabran ədəbi mühitindən sonrakı fəaliyyəti haqqında məlumat verdi, onun Sumqayıt ədəbi mühitində, jurnalistikada sahəsindəki çalışqanlığı, əzmkarlığı, zəhməti hesabına qazandığı uğurlardan danışdı. Eyni zamanda kitabın redaktoru olan R.Oday Nisə xanımın poeziyaya bəxş etdiyi töhfələrin özəlliyini vurğuladı. Şair və jurnalistlərdən Firdovsi Cəfərxan, Namiq Dəlidağlı, Sabir Yusifoğlu, Zümrüd Baloğlanova, Sevinc Qərib, Lilpar Cəmşidqızı, Rahilə Veysəlli, Mərcan Sabirqızı, Nizami Kolanlı müəllifin yaradıcılığı və kitab haqqında fikirlərini bildirərək ona yeni-yeni yaradıcılıq uğurları arzuladılar.

Tədbirdə iştirak edən AYB-nin Şabran bölməsinin sədri, yazıçı-publisist Aydın Tağıyev, “Şabran” Ədəbi Birliyinin sədri, şair Qafar Süleyman, Əməkdar müəllim Həqiqət Adıgözəlova, “Şabran” qəzetinin və “Xalidoğlu” nəşriyyatının redaktoru Çingiz Məmmədov, yazıçı Vüsalə Anar, Daşqın Məmmədov, Ağbaş Kənd Kitabxanasının direktoru, şair Qızqayıt Mahmudova, şairlər Şərbətəli Mahmudov, Qurban Məmmədov, Ömər Nurlan, Gülsarə, Hacı Qulamhüseyn, Nisə xanımın sinif yoldaşı Afaq xanım, dil-ədəbiyyat müəllimləri Balabəy Məmmədov, Aprel Məmmədov, Arzu Hacıyeva və başqaları çıxış edərək N.Heydərlinin yaradıcılığına, yeni işıq üzü görmüş kitaba münasibət bildirdilər, müəllifi təbrik edib, ona uğurlar dilədilər.
Qubalı qonaqlardan şair, jurnalist Sevinc Məmmədova, şair Mövlud AğammədAdil İbrahimov, Xaçmazdan qəzəlxan Mövlanşahid də öz növbələrində müəllifi təbrik edərək, ona öz ürək sözlərini bildirdilər.

Tədbir boyunca məktəblilər Aytac , ƏkbərSəbinə N.Heydərlinin şeirlərindən səsləndirərək tədbirə rəng qatdılar. Tədbirin sonunda N. Heydərli çıxış edərək yaradıcılığına verilən dəyərə görə təşkilatçılara, tədbirin baş tutmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi, şeirlərindən nümunələr səsləndirdi.
Həmçinin bölgələrdə bu cür tədbirlərin keçirilməsinin, ədəbi əlaqələrin genişləndirilməsinin mahiyyəti və bundan sonra da davam etməsinin vacibliyi qeyd edildi. Uğurla başa çatan tədbirin sonunda iştirakçıların alqışları ilə səbəbkara gül dəstələri bağışlandı, xatirə şəkilləri çəkildi.

Sevinc Qərib
Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar