Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Etibar Pirverdiyev bahalı atlarını satdı... - gündə 300 manat xərcləyirmiş

Tarix: 15-07-2019 14:58     Baxış: 4227 A- / A+
Etibar Pirverdiyev bahalı atlarını satdı... - gündə 300 manat xərcləyirmiş


Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Etibar Pirverdiyev özünün bahalı cins atlarını satıb. Belə ki, atlara və at yarışlarına xüsusi marağı olan Pirverdyev 2000-ci illərin ortalarından etibarən İngiltərədən bahalı atlar almağa başlayıb.

Sabiq "işıq şefi"nin aldığı ən bahalı atın dəyəri 450 min manat (ABŞ dollarının həminki məzənnəsi ilə 500 min dollardan çox) olub. Bu atların saxlanılmasına "Azərenerji"nin sabiq rəhbəri ayda təxminən 8 min manat xərcləyirmiş. Bu, gündə təxminən 300 manata bərabər bir məbləğdir.

Lakin o, vəzifəsini itirdikdən sonra vaxtilə aldığı cins atları saxlamaq istəməyib və onları əldən çıxarıb. Pirverdiyevin ümumi dəyəri təxminən 1 milyon manatla ölçülən həmin atları satdığı, yoxsa hədiyyə etdiyi konkret olaraq bəlli deyil.

Məlum olan odur ki, Bakının məşhur atçılıq klublarından birində saxlanılan və hər ay bəslənilməsinə külli miqdarda vəsait ayrılan ingilis mənşəli cins atlar artıq Etibar Pirverdievə aid deyil.

Onu da deyək ki, həmin atçılıq klubunda "Azərenerji"nin keçmiş prezidenti ilə yanaşı bir çox başqa iri məmurların da atları var. Həmin məmurların bəziləri artıq postunu itirib, bir çoxu isə hələ də vəzifədədir.

Sözügedən atlar əyləncə məqsədilə yarışlara cəlb edilirmiş.

Xatırladaq ki, atlara xüsusi rəğbəti ilə bilinən Pirverdiyev eyni zamanda Şabran rayonunda dəvə fermasının olması ilə məşhur idi./qaynarinfo/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar