Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə “erməni dövləti”nin qarşısı belə alındı -Şəkil

Tarix: 12-07-2019 18:17     Baxış: 3222 A- / A+
Türkiyədə “erməni dövləti”nin qarşısı belə alındı -Şəkil

Bu gün Bakıda Atatürk Mərkəzində Oxu Akademiyasının təşkilatçılığı ilə Ərzurum Konqresinin 100 illik yubiley tədbiri keçirilib.

Manevr.az xəbər verir ki, Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı tədbir iştirakçılarını salamlayaraq, Ərzurum Konqresi ilə bağlı keçirilən tədbirin aktuallığından danışıb. Tədbir İstanbulda fəaliyyət göstərən “Bengü Türk” TV-nin “Azərbaycan rüzgarı” televiziya layihəsinin müəllifi və aparıcısı Səidə Ömərin moderatorluğu ilə davam edib.

Tədbririn təşkilatçısı Oxu Akademiyasının rəhbəri, tədqiqatçı-hüquqşünas Səməd Vəkilov “Ərzurum konqresi: milli səfərbərliyin təməl daşı” adlı geniş məruzə ilə çıxış edib. Hüquqşünas bu cür mühüm tarixi hadisələrin gənc nəsilə çatdırılmasının vacibliyini vurğulayıb:

“Son yüz ildə eyni kökə malik olan Azərbaycan və türk xalqlarının ən böyük problemi məhz erməni problemidir. I Dünya müharibəsinin başa çatmasından sonra Osmanlı dövlətini siyasi xəritədən silməyə çalışan qüvvəllər xristian azlıqların hüquqlarının təmin olunması adı ilə Şərqi Anadoluda erməni və rum dövlətləri yaratmağa çalışırdılar. Qazi Mustafa Kamal Atatürkün başçılığı ilə baş tutan Ərzurum Konqresi milli mücadilənin səfərbər olunmasında müstəsna rol oynadı və Şərqi Anadoluda erməni və rum dövlətlərinin yaradılmasının qarşısı alındı”.

Mövzu ətrafında professor Ədalət Tahirzadə, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, tədqiqatçı Xaqani İsmayıl maraqlı fikirlər söyləyiblər.

Tədbirdə iştirak edən Ərzurum əsilli iş adamı Çingiz Güldamlası bu tarixi hadisənin qeyd edilməsinə görə tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.

Sonda Oxu Akademiyasının 12 iyul 2019-cu il tarixli Qiymətləndirmə Komissiyasının qərarı ilə Səidə Ömər Azərbaycan milli-mənəvi irsinin təbliğində və Azərbaycan həqiqətlərinin türk dünyasına çatdırılmasındakı xidmətlərinə görə Fəxri Diplomla təltif edilib.axar.az
Türkiyədə “erməni dövləti”nin qarşısı belə alındı -Şəkil


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar