Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yelda Özsunarın "Universal simfoniya"sından hekayələr

Tarix: 07-07-2019 21:22     Baxış: 2289 A- / A+
Yelda Özsunarın "Universal simfoniya"sından hekayələr

Prof. Dr. 1992-ci ildə Gazi Universiteti Tibb Fakültəsini bitirən Yelda Özsunar eyni universitetdə radiolojiya ixtisasına yiyələnmişdir. 1999-2001-ci illərdən sonra Kopenhagen Universitetində və Yale Universitetində təhsil aldı və 2007-ci ildə Harvard Universiteti Tibb Fakültəsində, 2013-ci ildə London Böyük Ormond Street Xəstəxanasında və Oxford Universiteti Biyomedikal Mühəndisliyi üzrə , 2017-ci ildə Neyroradiologiya sahəsində akademik və elmi işlər aparmışdır.
2003-cü ildə Adnan Menderes Universiteti Tibb Fakültəsində dosent, 2008-ci ildə isə professordur. Yazıçı Yelda ÖZSUNARIN “ Universal simfoniya “ kitabından bir neçə hekayələri sizə təqdim edirik. İnanıram ki, insan beyninin dərin qatlarına, insan psixologiyasına nüfuz etməyi bacaran Yelda Özsunar dəyərli, insanı düşündürən yazıları ilə Azərbaycanda da seviləcək.


BİR HEKAYƏ, BİR MÜŞAHİDƏ

Hər bir xəstəlik bədənin öz dilində bir inqilab, bir xəbərdarlıqdır.
Ayişəninki də….


Həmişə olduğu kimi, Ayşə, bazar ertəsi səhər saatlarında, delta dalğaları ilə müşayiət olunan dərin yuxudan, insan bir şey kəşf etdikdə necə həyəcan keçirirsə, elə bir həyəcanla qəfil oyandı. Vücudu birdən birə , yumşaq bir xoşbəxtlikdən stress və təlaşa büründü. Tez hazırlaşıb işə getməliydi. Bədəni yatağından ayrılmaq istəməsə də, beta dalğalarının sürətli ritmı bədəninə əmr etdi: Qalx və hazırlan!
Ayşə oyanmalı və yığıncağa çatmalıydı. Beyni delta vəziyyətini tez tərk etməli, beta dalğalarının hakimiyyəti qeydsiz, şərtsiz bütün vücuda nəzarət etməliydi.
Qalxdı, qəhvəni ocağa qoydu. Əl- üzünü yudu. Bədəni su damlaları ilə bir az da olsa sərinlədi. Artıq beyni onu hirslə oyandıran saata etiraz etmirdi. Açılan səhərə qəhvə qoxusu yayıldı. Günəşi seyr edə- edə qəhvəsini içməyə başladı. O, beyinini şüur deylən korteks kralının nəzarətinə buraxmışdı. Şüuraltı əyləncəni dayandırmalı; bədən dünya ilə mübarizə etmək və rəqabət aparmaq məcburiyyətində idi. Ayşə qazanmalı və qalib olmalıydı. Ego bədəni qamçılayırdı. : "Haydı, tez yola çıx. Əks təqdirdə, insanlar səni bəyənməyəcək, özünü bacarıqsız hiss edəcəksən... "
Hazırlandı və şəhərin qələbliyinə qarışdı. Sıx, dolu , emosional insan qrupları şəhərdə sıxışdırılma hissləriylə , qrup- qrup , pərakənd halda , gündəlk həyəcanlarına doğru küçələrə axışmışdılar. Evlərdə, yollarda heç durmadan qaçaraq.
Axşama doğru özünü qələbəlikdən kiçik bir küncə atarkən, Ayşə bir baxdı ki, bədəninin yanacağı tükənib. Vücudu mübarizə aparmaqdan yorulub, əzlələri yığılıb. Vətərlər belə büzüşüb. Üsyan edən şüuraltı , ruh işığı zəifləmiş, qaralmağa başlamışdı. Gün ərzində qulaq vermədiyi bədəni sızım- sızım sızıldayaraq, özünü kainata bəyan edirdi. İstəyirdi ki, sahibi onu eşitsin.
Çeynədiyi loxmaların gözəlliyinə fikir verməyən, gün boyu olub keçən , söylənən və yaşananlarla məşğul olan beyni; bacarma qayğısı, bəyənilmə həyəcanı, ən öndə olma duruşunun qamçıladığı düşüncə dünyasına dəfn etmişdi bədəninin incə səsini.
Bədənini unudarkən, hər gün yaşanan gündəlik fırtınalarda , Ayşənin həyatı da sürətlə yuvarlanmışdı. Nəzarətdən çıxaraq , üzü aşağı yuvarlanan bir qaya kimi.
Bu düşmə, artıq Ayşənin bədəni var gücüylə ağrıyaraq, bağırmağa başladığı vaxta qədər davam etdi. Bir xəstəlik peyda olmuşdu sahibində, bu anlamsız sükanı başqa istiqamətə yönəltsin deyə. Özünü bir xəstəxanada tapdı. Bədənini ağ örtüklü yatağa buraxaraq, dinclməyə başladı.
Bir cərrah əliylə qaralan orqanları bədənindən kəsilib, ayrılarkən, yumulmuş gözləri həyatla ölüm arasındakı gözləmə dəhlizində idi. Şüurun arzuları bir müddət susdu. Həyat və bədən dərin bir yuxuya daldı. Yatdı, yatdı, yuxu bədəni və ruhu doyurdu. Şüurun girə bilmədiyi şüurxarici səhnələrdə ruh və bədən uzun uzadı oynayaraq gücləndi. İşığı qarşılamağa hazır vəziyyətə gəldi.
Bir sabah yumşaq bir işıq Ayşənin göz qapaqlarına toxundu. Gözünü açdığı bəyaz otağın böyük pəncərəsindən uzun bir göyqurşağı hardaysa içəriyə girəcəkdi. Ayşə otaqda onu sevgiylə gözləyənlərə, nə gözəl bir qarşılaşma deyərək, gözünü qırpdı.
Yenidən yalnız olmadığını və yaşanan hər bir ağrının həyatın hikmətini artıran sirli bir mesaj olduğunu yenidən anladı.
Beta dalğalarıyla yorğun beyni , öz marağı üçün kölə kimi istifadə etdiyi bədəndən əl çəkdi. Onu universal simfoniya dinləməyə buraxdı sakitcə.hər nəfəs alıb vermənin möcüzəli pıçıltılarını dinlədi. Bədəni kainatda bir qayıq kimi yellənməyə başladı; həyatındakı kiçik dəyişikliklərdən, mənalardan, təsadüflərdən, rüzgardan, bir quş səsindən və rənglərdən aldığı ilhamla, öz kamanını çalmağa başladı.

Qəzəbə qəzəb, axan, qarışan, çalxalanan qələbəlik

YARA

Yolda gəzərkən, yaddaşımın çəkdiyi şəkillər birdən-birə mənzərə ilə rastlaşdı. 30 yaşlarında ər-arvad olduğunu düşündüyüm iki nəfər bir-birlərinə qəzəblə qışqırırdılar. Qadın uşağı yanına çəkirdi. Onlar ara vermədən bir-birini təhdid edirdilər. Maraqlı nəzərlərlə onları izləyənləri heç eyinlərinə almırdılar. Təhdidlər qulaqlara güllə kimi atılılırdı.
Gözüm onların yanındakı 10 yşındakı uşağa sataşdı. Onun beyninin içini görmək üçün gözlərinə baxdım. Gözləri hüznlü, səssiz, qayğılı idi. Məlum idi ki, utanır və qorxurdu. Ana və atasının bir- birinə hücum etmə yarışındakı səs tonu , daha öncə də yaşadığı dadsız mənzərələri canlandırırdı gözündə. Kim bilir içində nələr qırılır, nə fırtınalar qopurdu. Ümid və güvən qopub uzaqlara gedirdi. Uşağın hüznü qəlbimə doldu. Hüzn köpüyünü alıb ürəyimə götürdüm, gözləri ağlımdan heç çıxmadı.
Sevgisizlik və zülüm uşağın qanadını qırır. Ürəyini dağlayır, həyata üsyan edən, gözəlliyi tanımayan və hirsi təqlid edən bir varlığa çevrilir. Təbiətin verdiyi bəyaz səhifəsi ləkələnir….
İllər keçir. Uşaq böyüyür. Bir həkimin qarşısına gəlib deyir:” Tünlük məni qorxudur. Boğazım acışır, üzüm qızarır, tanımadığım insanlar belə olsa, tünlükdə birdən birə soyuq tər tökürəm. Mədəm bulanır, başım gicəllənir. Tək düşünə bildiyim şey, sıxlıqdan qaçmaq olur.”
Həkim bilir, beynin ən mərhəm künclərində gizlənmiş, basdırdığı və şüurunda xatırlamadığı, tünlükdə vurulan və heç unuda bilmədiyi utanma və qorxu duyğusunun bu günkü panik atağın qaynağı olduğunu. Yaddaşda qalmış bir neçə şəkil ilə bədəninə yayılan qaçma duyğusunun keçmişdən gətirilən və şüuraltında yer alan bu sürətlə bədənə yayıldığını.

İFLİC

Tibb fakultəsi tələbələrinə sinifdə iflic dərsini anladırdım:” Hamımızın ətrafında iflic olmuş insanlar var. Hər şey birdən birə dəqiqələr içində baş verir. Beyində bir damar anidən tıxanır və ya damardan qanaxma olur, beyin fövqaladə bir vəziyyət arasında bir müddət öz təsirli mexanizmlərini dayandırır . Bu vəziyyət eyniylə bir zəlzələyə bənzəyir.”
Ağlım bu sabah radio xəbərlərində eşitdiyim Çanaqqala zəlzələsindəydi. Tələbələr sakit və düşüncəliydilər. Mənim kimi. “ Görəsən evlərinə girəmməyən insanlar nə edirlər? Ya daha böyük zəlzələ olarsa...?
Ağlımdan keçib gedən fikirləri qovub, dərsimi keçməliydim, davam etdim: “İflicdən dərhal sonra immun sistemi hüceyrələri dərhal zəlzələ sahəsinə gələn yardımçı qruplar halında təmizləmə və təmir işlərinə başlayırlar. Beyin bir anda dalğalanır, vəziyyət daha pis görünür. Bir neçə gün keçdikdən sonra təmizləmə və xilasetmə qrupları işlərini bitirirlər Sonra həyat yavaş-yavaş normallaşmağa başlayır. İmmün hüceyrələr kənara çəkilir. İndi artıq növbə beynin özünü bərpa edib , fəaliyyət göstərməsinə çatır. Beyin “ plastisite” deyilən bir xüsusiyyəti sayəsində sürətlə , var gücüylə qismən də olsa, öz fəaliiyyətini təmin edərək, yaxşılaşdırmağa çalışır. Həyat davam edir, əvvəlkindən bir az fərqli olsa da…”
İlk dərs qurtardı, fasilə verdik. Çay içməyə getdim, tələbələr bayıra çıxdılar. Yeməkxanada bir mən , bir də Filiz adlı tələbədən başqa heç km yox idi. Salamlaşdıq. Hərəmiz öz masamızda oturduq. Divarda yuxarıdan asılmış televiziorda xəbərlər proqramında terrordan və zəlzələdən məlumat verirdilər.
Mən çayımı içərkən bir küncdə büzüşmüş Filizin qayğı ilə televizora baxdığını gördüm. Yanaqlarından yaş süzülürdü. Qalxıb yanına getdim. əlimi kürəyinə qoyub yanında oturdum. Göz yaşlarını saxlaya bilmədi:- “ Müəllimə, ağlım Çanaqqaladakı ailəmizdə. Onlara bir şey olar, birdən zəlzələ çox davam edər…. Onları itirməkdən qorxuram. Bu düşüncələrdən qurtula blmirəm, fikrimi dərsə yönəldəmmirəm. Qəlbim çox narahatdır. İçimdən ağlamaq gəlir”.
Əlini tutaraq, içindən nə gəlir onu da et, - dedim. Amma əvvəlcə özünə, bədəninə diqqət göstər. Onu sakitləşdir. Təkrarlanan qorxulu düşüncələr sənin enerjini və bədənini tükəndirir. Onların üzərinə getdiyində, beynində qorxu düşüncələrini artırarsan və bir müddət sonra dözülməz bir vəziyyətə düşərsən..
Beyin həssas diqqət göstərməsi üçün sabit bir qabiliyyətə malikdir. Siz mənfi, qorxunc fikirləri düşündüyün müddətdə bu düşüncələrin əksi olan gözəl düşüncələri düşün.
Ötən gün mən Mərmarə zəlzələsində 48 saat ərzində yerin altında qalan, həyat yoldaşını və bir uşağını itirən atanın hekayəsini bir jurnalda oxudum. Ata, yaralanmasına baxmayaraq, yanında köməksiz qalan beş yaşındakı qızına görə həyat gücü qazanaraq, yenilməz arzu ilə yerin altından və ölümdən necə xilas olduğunu anladırdı.
O, şüur gəmisi üzərində nəzarət etdi və qızını tək başına buraxmamaq üçün qorxularına müqavimət göstərdi. Sevginin və şəfqətin gücü onu həyata bağladı.Sən də o ata kimi, öz gəminin sükanını möhkəm saxla. Yaxınlarına olan sevgin səni qorxulara doğru deyil, ağıllı olmağa, qərarlı və qətiyyətli olmağa tərəf aparsın. Düşüncələrinə nəzarət et, gözəl şeylərə yönəlt. Vücud düşüncələri gerçəklər kimi qəbul edir. Bədənnə acı yaşatma. Həm də unutma, bütün acılar öyrənmək və dəyişmək üçündür. Lənətləmək və üzülmək üçün deyil. Cahil toplumlar işləmək əvəzinə durmadan bir- birlərini günahlandırar və dalaşarlar. Savadlı və ağıllı insanlarsa çözüm axtararlar. İnsanlar vəbanı yüz illərcə lənətləmiş, acılar çəkmişlər, ta ki, elm və ağıl vəbanın dərmanını, peyvəndini kəşf edənə qədər . Biz də dəyişmək, uyğunlaşmaq, ağıl və elm yolunu tapmaq üçün bunları yaşayırıq. Daha yaxşısını etmək və inkişaf üçün. Unutma ki, heç bir həqiqət sənin beynində yaşadıb böyütdüyün qorxulardan daha qorxunc deyildir. Düşüncələr və xəyal gücü bütün qorxuları şişirdir. Dayan, sənə bir uşaqlıq xatirəmi anladım:” Mən kiçik ikən peyvəndlər məktəblərdə aparılırdı. Doktor və tibb bacıları rəsmi maşınlarda , əllərində böyük çantalarla məktəbə gəldiklərində , bütün məktəbi başdan - başa bir qorxu bürüyürdü. Siniflərdə əsərək, bir qismimiz də iynə qorxusundan için- için ağlayaraq, peyvənd növbəmizi gözləyərdik. Birdən sinifə ağ xalatlılar gidiyində uşaqlar gizlənməyə yer axtarakən, müəllimlər qolumuzdan tutur, ağ xalatlı isə iynən vururdu. Mən peyvənd növbəmi gözləyərkən, başıma gələcək qorxunc iynə fəlakətini qəbul etməkdən başqa ayrı çarə tapammadım. Axırda növbə mənə çatdı. Ağ xalatlı iynəni qoluma batırdı. Bir milçək sancmasından başqa bir şey hiss etmədim.
-Elə bu qədərmi?- deyə soruşdum.
- Bəli bu qədər, - dedilər.
-Üstəlik iynə də heç sandığım qədər böyük deyildi. Gerçəyin özü, beynimin içində yaşatdığım xəyal güçümdən , içimdə böyütdüyüm qorxulardan daha xəfif imiş. Əslində iynə vurulana qədər olan ağrılar, iynənin gerçək ağrısından daha böyükmüş.
Gülüşərək masamızdan qalxdıq. Bir az dərsə gecikdik, amma duyğuları bölmənin, anlatmanın verdiyi rahatlıq duyğusu ilə ikimiz də sakitləşmişdik.
Artıq işimizə başlamışdıq. Özümüzü və dünyamızı yaxşılaşdırıb, gözəlləşdirməyə və anlatmağa davam edərək.

Uyğunlaşdıran Nazilə Gültac


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar