Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

İkinci Mahmudu nə öldürdü?! – Murad Köhnəqaladan ittiham dolu yazı

Tarix: 07-07-2019 16:50     Baxış: 3200 A- / A+
İkinci Mahmudu nə öldürdü?! – Murad Köhnəqaladan ittiham dolu yazı

"Ağlayıb qurtardınız?
İndi gəlin, problemin tərkibindən danışaq. İkinci Mahmudun faciəsi göstərdi ki, ədəbi sferada çox dərin sosial-psixoloji böhran yaşanır. Söz və mənəviyyat adamlarını bir-bir cənginə çəkib udan bu böhranın əsas səbəbi maddi problemlərin törətdiyi dərin depressiyadı”.


Manevr.az xəbər verir ki, bu sözləri tanınmış şair Murad Köhnəqala dünən qəfildən dünyasını dəyişən yazıçı Mahmud Atakişiyev ("İkinci Mahmud”) barəsində danışarkən deyib.
İkinci Mahmudu nə öldürdü?! – Murad Köhnəqaladan ittiham dolu yazı

Şair bildirib ki, ümumilikdə götürəndə yazıçının ürək tutmasından ölməsi başa düşülən olsa da, bizdəki nümunələr daha çox qətlə bənzəyir:

"Yazıçı öz əsərləri ilə cəmiyyəti özünə göstərən, həmçinin mənəvi baxımdan təmizləyən, distillə edən adamdı. Bu mənada, yazıçının ürək tutmasından ölməsi də hardasa, başadüşüləndi. Amma bizdəki kimi yox! Bu formada, bu yaşda yox, bu şəraitdə, bu üsullarla yox! Əslində, bizdəki ölümlər ölüm deyil, qətldi. Düzdü, vaxtsız və haqsız ölümlər bizim ədəbi nəsildə də oldu, Telman Alıyev, Akif Səməd, Hüseyn Əfəndi, Adil Mirseyid, Mehdi Bəyazid, Sabir Sarvan, Elçin Səlcuq, Şaiq Vəli...”

Onun fikrincə, gənclərin qəfil ölmü onların iqtsadi vəziyyətilə bağlıdır:

"İndi isə intihar edən, xəstəlikdən dünyasını dəyişən yazıçı-şairlərimizin əksəriyyəti gənclərdi. Bu gənc, işıqlı, istedadlı adamları məhz, çörəkpulu öldürür! Bəli, çörəkpulu adlanan o məcburiyyət, o məhrumiyyət, o zillət! Ailədə problem yaradan da, içkiyə qurşandıran da, psixikanı darmadağın edən də, adamı 17-ci mərtəbəyə dırmaşdıran da o zəhrimara dönmüş çörəkpuludu! Yazmaq istəyirsən, çörəkpulu qoymur, yaşamaq istəyirsən, çörəkpulu qoymur, danışa bilmirsən, çörəkpuluna görə susursan, ürəyin partlayır, bağırırsan, ağzını tıxayırlar! Əlbəttə söhbət 40 qəpiklik zavod çörəyindən yox, bir balaca əl-qol açmağa imkan verən iqtisadi nəfəsdərmədən gedir.
Bizə deyirlər ki, get daş daşı, hamballıq elə!
Biz onsuz da bu cəmiyyətin hamballarıyıq. Daş daşıyanın da, qızıl unitazda oturanın da yükünü dartan bizik. Ancaq bundan pul qazana bilmirik, çünki bizim səlahiyyətli məmurlar, milli burjuaziya pulu ədəbiyyata, mədəniyyətə, elmə yox, bayram nurlulara xərcləyir. Yazıçısına "get daş daşı!", filosofuna "get kartof sat!" deyənlərin cəmiyyəti necə olmalıdır ki?
Eybi yox. Biz yavaş-yavaş infarktdan, beyinə qansızmadan, alkoqoldan ölüb gedəcəyik. Sizsə kartof satan filosofların, daş daşıyan yazıçıların, bədənini satan anaların, vicdana və qanuna tüpürən harın məmurların rəzil vətənində yaşayacaqsız”.bakupost
İkinci Mahmudu nə öldürdü?! – Murad Köhnəqaladan ittiham dolu yazı



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar