Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur erməni müğənni 1993-cü ildə Türkiyə prezidentilə niyə görüşmək istəyib?

Tarix: 06-07-2019 18:01     Baxış: 4423 A- / A+
Məşhur erməni müğənni 1993-cü ildə Türkiyə prezidentilə niyə görüşmək istəyib?


ABŞ-ın Kaliforniya ştatında nəşr olunan və ermənilərə məxsus "The California Courier” qəzetinin baş redaktoru Arut Sasunyan erməni əsilli məşhur pop müğənnisi Şerin (Şerlin Sarkisyan) 1993-cü ildə Ermənistana etdiyi səfər barədə danışıb.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Arut Sasunyan verdiyi müsahibədə Şerin 1993-cü ildə Türkiyə prezidentilə də görüşmək istədiyini deyib.

"The California Courier” qəzetinin baş redaktoru bildirib ki, 1993-cü ilin may ayında amerkalı müğənni Şerin Ermənistana səfəri erməni əsilli milyarder Kirk Kerkoryanın maliyyə dəstəyilə baş tutub. 4 milyon dolar dəyərində humanitar yardımla birlikdə Şer Ermənistana səfər edib. Şer yük təyyarəsinin birbaşa Qarabağa uçmasını istəyib. Lakin, ona bildirinlər ki, hazırda Qarabağda müharibə getdiyi üçün bu mümkün deyil.

Daha sonra Şer təklif edib ki, içərisində 4 milyon dolar dəyərində humanitar yükün olduğu təyyarə ABŞ-dan Türkiyənin paytaxtı Ankaraya, oradan isə İrəvana uçsun.

Arut Sasunyan müsahibəsində deyib ki, Şer Ankarada Türkiyə prezidentilə görüşmək ondan Ermənistanla sərhədlərin açılmasını tələb etmək istəyib. Lakin, onlar bunun siyasi bir məsələ olduğunu Şerə izah edərək onu bu fikirindən daşındırıblar.

Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədləri 1993-cü ilin aprel ayında – Kəlbəcər rayonunun işğalına etiraz olaraq bağlayıb.

Məlumat üçün onu da bildirək ki, Şer müxtəlif vatlarda Türkiyə əleyhinə səsləndirdiyi fikirlərlə gündəmə gəlib. O, 2015-ci ildə Türkiyə hökümətinə müraciət edərək qondarma erməni soyqırımını tanımağa çağırıb. 2016-cı ildə isə İstanbuda Atatürk hava limanında baş verən və 43 nəfərin ödlüyü terror hadisəsində Şerin paylaşdığı mesaj mətbuatda geniş müzakirə olunub. Mesaj yerində "Bomba” və "Partlayış” işarələrindən istifadə etməsi həm Türkiyədə, həm də dünyada ciddi etirazlara səbəb olub.

Onu da bildirək ki, Şer ötən ilin noyabr ABŞ-da yaşayan digər bir erməni əsilli müğənni Kim Kardaşyanla bir araya gələrək bəyan edib ki, onlar birlikdə Ermənistana səfər edəcəklər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar