Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
14-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sürücülərə XƏBƏRDARLIQ: artıq bu cərimələr kameralara yazılacaq

Tarix: 05-07-2019 18:33     Baxış: 3191 A- / A+
Sürücülərə XƏBƏRDARLIQ: artıq bu cərimələr kameralara yazılacaq

Bu ildən texniki baxışdan keçməyən avtopmobillərə tətbiq edilən cərimə kameralarla yazılır. Son müddətin bitdiyi günün sabahı kamera altından keçəndə sürücüyə 50 manat cərimə yazılacaq.

Bu sözləri hüquqşünas Ərşad Hüseynov son günlər texniki baxışa görə cərimə edilən sürücülərin sayının həddən artıq çox olması ilə bağlı danışarkən deyib.

Hüquqşünas bildirib ki, sürüclər bir qədər diqqətli olsalar, 50 manat cərimə olunmazlar:

“Bu aralar sürücülər avtomobillərinin texniki baxış vaxtını yoxlamağa daha diqqətli olsun. Cərimə olunanların sayı həddən artıq çoxdur.

Əvvəlki illərin təcrübəsi göstərir ki, əksər sürücülər öz avtomobillərini iyulda və avqustun əvvəllərində baxışdan keçiriblər. Bu ildən tətbiq edilən dəyişiklik texniki baxış vaxtını əvvəlki ildə keçmə günündən 20 gün gec olmamaqla müəyyən edir. Məsələn, əvvəlki il 5 iyulda baxışdan keçirilən avtomobil bu il 25 iyuldan gec olmayaraq baxışdan keçirilməlidir.

Texniki baxış vaxtını “Asanpay.az”da elektron kabinetinizdə yoxlaya bilərsiniz, kabinet yoxunuzdursa, SMS Radar xidmətinə qoşulub oradan öyrənin, yaxud yolda xidmət edən DYP əməkdaşlarından və ya DYP şöbələrindən soruşun.

Diqqətli olun ki, cərimə olunmayasınız. Bu ildən cərimə kameralarla yazılır, son müddətin bitdiyi günün sabahı kamera altından keçəndə sizə 50 manat cərimə yazılacaq”.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar