Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zəhranı öldürən İrəvanın “insan haqları” iddiası...

Tarix: 02-07-2019 18:15     Baxış: 4122 A- / A+
Zəhranı öldürən İrəvanın “insan haqları” iddiası...

Ermənistanın vaxtaşırı beynəlxalq ictimaiyyəti aldatmağa və özü haqqında müsbət imic yaratmağa çalışması birinci dəfə deyil. İrəvan tərəfi elə hesab edir ki, dünya onların söylədiyi yalanlara inanacaq.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə Ermənistanın dövlət olaraq BMT-nin İnsan Haqları Şurasına seçilməyə çalışmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, 2 il əvvəl balaca Zəhra Quliyevanın öldürülməsi Ermənistanın nə qədər “demokratik” və “insan hüquqları”na əməl etdiyini göstərir:

“Ermənistan bu gün İnsan Hüquqları Şurasına seçilmək istəməklə özünü guya demokratik, insan hüquqlarına hörmət edən dövlət kimi göstərməyə çalışır. Amma ən böyük insan hüququna hörmət başqa dövlətin ərazi bütövlüyünü tanımaq və qonşuya hücum etməməkdir. Ermənistan isə Azərbaycan torpaqlarını işğal edib, 1 milyondan çox insanı öz torpağından didərgin salıb. Hələ də düşmən tərəfi cəbhə xəttində atəşkəsi tez-tez pozmaqla, öz işğalçı mahiyyətini davam etdirir. Ümumiyyətlə, azərbaycanlılara qarşı qanlı terror aktları törətmiş bir ölkənin BMT-nin İnsan Hüquqları Şurasında insan hüquqları və demokratiyadan danışması bu təşkilatın təməl prinsiplərinə ziddir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar