Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Başçı bütün məmurları istefaya göndərir? - Video

Tarix: 01-07-2019 17:32     Baxış: 3138 A- / A+
Başçı bütün məmurları istefaya göndərir? - Video

Göyçay Rayon İcra Hakimiyyəti idarə, müəssisə rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrlərinin icra başçının tələbi ilə kütləvi istefa ərizəsi yazmaları ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Manevr.az xəbər verir ki, Göyçay İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova report-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Həmin ərizələrin yayılmasından xəbərimiz var, oxumuşuq. Bu məlumatlar hamısı tam absurt və yalandır. Həmin ərizələr imzalarla birlikdə saxtalaşdırılıb. Ərizələrdə adları qeyd olunan işçilər özləri də təəccüb içindədirlər. Çünki ərizələrdəki xətt və imzalar adları qeyd olunan şəxslərə aid deyil. Həmin şəxslər hamısı öz işlərinin başındadır”.

Başçının müavini qeyd edib ki, yayılan ərizələrdə adları qeyd olunan Göyçay rayonundakı idarə, müəssisə rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrləri hüquq-mühafizə orqanlarına müraciət edəcəklər: “Amma bununla bağlı Göyçay Rayon İcra Hakimiyyətində araşdırma aparılmayacaq. Biz oturub rahat şəkildə işlərimizi görürük. Bizə belə bir tapşırıq verilmədiyi üçün araşdırma aparmaq niyyətində deyilik. Adları ərizələrdə qeyd olunan işçilər özləri hüquq-mühafizə orqanlarına müraciət edəcəklər”.

Qeyd edək ki, sosial şəbəkələrdə Göyçay rayonunda idarə, müəssisə rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrlərindən ibarət ümumilikdə 61 nəfərin icra başçının tələbi ilə kütləvi istefa ərizəsi yazmaları ilə bağlı məlumatlar yayılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar