Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

DGTYB konfransı keçirildi - İntiqam Yaşar başqan seçildi

Tarix: 26-06-2019 14:20     Baxış: 3139 A- / A+
DGTYB konfransı keçirildi - İntiqam Yaşar başqan seçildi

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının ofisində ümumi yığıncağı keçirilib.

Təşkilatın ötən ilki ümumi yığıncağından bu günə qədər göstərdiyi fəaliyyətə qiymət verilib, seçkili orqanların gördüyü işlərə nəzər salınıb və müsbət qiymətləndirilib. Təşkilati məsələlər də daxil olmaqla, nizamnamədə nəzərdə tutulmuş əlavə və dəyişikliklər müzakirə edilib və səs çoxluğu ilə qəbul olunub. Bundan sonra təşkilatın seçkili orqanının İdarə Heyəti adlandırılması qərara alınıb. İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Ümumi yığıncaqdan sonra İdarə Heyətinin ilk iclasında yekdilliklə İntiqam Yaşar DGTYB başqanı seçilib.

Qeyd edək ki, təşkilata 1998-2013-cü illər tanınmış şair-publisist Əkbər Qoşalı, 2013-2014-cü illər yazıçı-dramaturq Rəvan Tohidoğlu, 2014-2016-cı illərdə isə yazar Əfsanə Ələsgərli rəhbərlik edib. 2016-cı ildən təşkilatın Məclis başqan əvəzi olan İ.Yaşar artıq fəaliyyətini İdarə Heyətinin başqanı olaraq davam etdirəcək.

Dünya Gənc Türk Yazarlar Birliyinin yeni başqanının həyatı və yaradıcılığı barədə məlumat veririk.

İntiqam Yaşar (Cavanşir İntiqam Yaşar oğlu) 3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 1997-2008-ci illərdə Gədəbəy rayonu, Çobankənd orta məktəbində, 2008-2012-ci illərdə isə Azərbaycan Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.

“İlk görüş”(2012), “...və susarsan” (2016 ), "Evdə yoxam" (2018) adlı şeir kitabları çap olunub. 2009-cu ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, 2013-cü ildən Məclis üzvü, 2016-cı ildən Məclis Başqanı əvəzi olub. DGTYB-nin icra etdiyi bir çox layihələrin rəhbəri olub. 2018-ci ildə Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan "Səmərqənd şeir axşamları" adlı beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib, 2019-cu ildə DGTYB-nin nümayəndəsi kimi Özbəkistanın "Gənc Yaradıcılar Birliyi" təşkilatı ilə birgə əməkdaşlığa dair Memorandum imzalayıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2015-ci ildə Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb. AYB-nin təşkilatçılığı ilə keçirilən “Ən yaxşı şeir” müsabiqəsinin qaliblərindən olub. Mətbuatda mütəmadi olaraq müxtəlif məzmunlu yazılarla çıxış edir.

2015-ci ildəki uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatı”-na layiq görülüb. 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi "Uğur" mükafatını qazanıb. Şeirləri yerli türkcələrə uyğunlaşdırılaraq, Özbəkistanda, Türkiyədə, Qazaxıstanda nəşr olunan dərgilərdə və antologiyalarda yayımlanıb.

Manevr.az

DGTYB konfransı keçirildi - İntiqam Yaşar başqan seçildi

DGTYB konfransı keçirildi - İntiqam Yaşar başqan seçildi

DGTYB konfransı keçirildi - İntiqam Yaşar başqan seçildi

DGTYB konfransı keçirildi - İntiqam Yaşar başqan seçildi

DGTYB konfransı keçirildi - İntiqam Yaşar başqan seçildi

DGTYB konfransı keçirildi - İntiqam Yaşar başqan seçildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar