Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Şamaxıdakı otellərə gizli eşq yaşamağa gedirlər"

Tarix: 23-06-2019 18:33     Baxış: 4115 A- / A+
"Şamaxıdakı otellərə gizli eşq yaşamağa gedirlər"

“Gürcüstanın Siqnaxi bölgəsində oldum, ümumiyyətlə, bu ölkədə 21 bölgə üzrə maraqlı marşrut təşkil edilib, turizm bütün ölkəyə yayılıb. Bu gün Tiflisə gələn turistlərin 59%-i bölgələrə də gedirlər. Beləliklə də turizmin gəlirini tək Tiflis yox, bütün ölkə yeyir”.

Manevr.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli yazıb. O, kiçik şəhər olmasına baxmayaraq, Siqnaxinin illik gəlirinin 170 milyon dollar olduğunu bildirib:

“Siqnaxi Tiflisdən cəmi 110 km aralıda, dağların qoynunda yerləşir. Maraqlı tarixi abidələri, uydurulmuş hekəyələri var. Cəmi 1,5 saata Tiflisdən hər gün onlarla turist qrupu Siqnaxiyə gəlir, axşam isə əksəriyyəti Tiflisə dönür. Şəhərciyin tək gəlir yeri turizmdir - onlarla kafe, restoran, otel, hostel və kiçik ev tipli qonaqlama yerləri var.

Əhalinin tək işi turistlərə xidmət edib, nəsə satıb pul qazanmaqdır. Şəhərciyin turizmdən illik gəliri 170 milyon dollardan çoxdur. Açığı, cəmi 1 gün qalmalı yerdir, ikinci gün orda insanın canı sıxılar, amma biznes xalqa məxsusdur, turizmdən hər evə pay düşür deyə, şəhərcik inkişaf edib böyüyür, insanların rifahı yüksəlir”.

N.Cəfərli yazısında Şamaxı və Siqnaxi şəhərlərini müqayisə edib:

“Şamaxı da Bakıdan cəmi 110 km aralıda, dağlar qoynunda yerləşir, qədim tarixi, əsl hekayə qurmağa təməli var. Gözəl tarixi abidələri olsa da, yiyəsi yoxdur. Söhbət yiyə olaraq hökumətdən getmir, zatən hökumət çalışır - yəni, şəhərin yiyəsi xalq deyil, turizm Siqnaxidə olduğu kimi xalq biznesinə çevrilməyib. Büdcə və korrupsiya puluna 1-2 qlamur otel tikiblər, çox zaman da otellər boş qalır, maksimum Bakıdan ora yaxın olduğu üçün gizli eşq yaşamağa bəzi cütlüklər gedir - vəssalam.

Abidələr var, Rəsədxana var, çalışmağa hazır əhali var - amma sistem zaydı, xalq turizm sektorunun sahibi, sahibkarı ola bilmir deyə, Şamaxı Siqnaxiyə 10:0 uduzur, halbuki azı 3:1 udmalı idi”.

“Turizmin əlifbası paylaşmaqdır, hekayə quruculuğudur, rəqabətdir, kiçik sahibkarlığa dəstəkdir. Mərmərdən büdcə puluna otel tikib od qiymətinə satmaqla, lüləkababla, yerli əhaliyə sahibkar kimi deyil də, ancaq ucuz işçi qüvvəsi kimi baxmaqla turizmi inkişaf etdirmək olmur” deyə, Cəfərli sonda yazıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar