Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir müavini səfirlə yoqa sessiyada - ŞƏKİL

Tarix: 23-06-2019 08:21     Baxış: 3182 A- / A+
Nazir müavini səfirlə yoqa sessiyada - ŞƏKİL

Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası keçirilib.

Manevr.az xəbər verir ki, tədbir Hindistanın Azərbaycandakı səfirliyi, Klassik Yoqa Məktəbi, “Art of Living”, Yoqa Şahi Studiyası və Soham Yoqa Məktəbi tərəfindən beşinci Beynəlxalq Yoqa Günü münasibətilə təşkil olunub.

Sessiyada Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna, Hindistan-Azərbaycan Assosiasiyasının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Bavitlunq Vanlalvavna mərasim iştirakçılarını salamlayıb və onlarla birgə olmaqdan məmnunluq duyduğunu deyib. Bildirilib ki, iyunun 21-i dünyada Beynəlxalq Yoqa Günü kimi qeyd olunur. Bununla əlaqədar Bakı şəhəri ilə yanaşı, regionlarda da müxtəlif tədbirlər keçirilib. Səfir yoqa tədbirlərinin təşkilində dəstək olan şəxslərə minnətdarlığını bildirib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev Hindistanda yaranmış bu qədim idman növünün insanların hərtərəfli inkişafında mühüm rol oynadığını vurğulayıb: “Yoqa ən qədim idman növlərindən biridir və o, insanların hərtərəfli inkişafında mühüm rola malikdir. Yoqanın ölkəmizdə inkişafı insanların mənəvi və fiziki sağlamlığına müsbət təsir göstərəcək”.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi yay mövsümündə mütəmadi olaraq həftəsonlarında müxtəlif tədbirlər keçirir. Ayrı-ayrı idman növləri və incəsənət sahələrinə aid ustad dərsləri, məşğələlər, yarışlar, həmçinin konsertlər və rəqs axşamları təşkil edilir. Bu tədbirlər paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli və maraqlı keçirmələri, azyaşlıların istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı məqsədilə təşkil olunur.teleqraf.com

Manevr.az
Nazir müavini səfirlə yoqa sessiyada - ŞƏKİL

Nazir müavini səfirlə yoqa sessiyada - ŞƏKİL

Nazir müavini səfirlə yoqa sessiyada - ŞƏKİL

Nazir müavini səfirlə yoqa sessiyada - ŞƏKİL

Nazir müavini səfirlə yoqa sessiyada - ŞƏKİL



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar