Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Bacarmırlarsa, çıxıb etiraf eləsinlər" - iqtisadçı alim Tarif Şurasının qərarını alt-üst etdi

Tarix: 01-12-2016 23:20     Baxış: 6354 A- / A+
"Bacarmırlarsa, çıxıb etiraf eləsinlər"


"Tarif Şurasının tətbiq etdiyi mexanizm yanlışdır"


“Tarif Şurasının son qərarında müxtəlif nüanslar var ki, mütləq elmi yolla əsaslandırmaq lazımdır. Ancaq nədənsə dövlət səviyyəli, vəzifədə olan iqtisadçılar susurlar, alimlər dinib-danışmır”.

Bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev Tarif Şurasının son qərarı haqqında danışarkən deyib.

Ə.Əlirzayev bahalaşmanı dollardan asılı olmağımızla əlaqələndirib:

“Əsas məsələ ondan ibarətdir ki, bu çox çətin problemdir. Düzdür, qiymət qalxa bilər, bazar iqtisadiyyatıdır, hər şeyin qiyməti dəyişə bilər. Dollarla gətirilən məhsulun payı çoxdur, ona görə də dolların qiymətinin qalxması idxal edilən məhsulların qiymətinin qalxmasına təsir edir. Bir məhsulun da qiymətinin qalxması bütün məhsullara sirayət edir. Qiymət elə şaxələnir ki, əvvəlki illərə nisbətən dolların qiyməti 2-3 dəfə artıbsa, bunun dollarla bağlı olmayan insana belə təsiri 1,5 faiz olacaq.

Qeyri-neft resurslarının qiyməti dəyişəndə isə mütləq digər sahələrə də ötürülməlidir. Çünki çörək bişirən də, toyuq saxlayan da deyəcək ki, işıqdan, qazdan istifadə etmişəm. Qiymətin qalxmaması o vaxt mümkün olardı ki, biz dollardan asılı olmayaq, yerli istehsalı artıraq”.

Professor işığa və qaza tətbiq edilən limitə də münasibət bildirib:

“İndi tətbiq olunan mexanizm yanlışdır. Bu gün bizdə minimum istehlak səviyyəsini, yaşayış səviyyəsini, yaşayıs səbətini hesablayırlar. Minimumu da düzgün götürmürlər, axı nəyə görə 250 kvat olmalıdır? Firavan yaşayırıqsa, qoy 250-dən çox olsun da, 500 olsun, nə qədər istəyir o qədər işlətsin. Təbii ki, kasıb ailələr çox işlətsə, çox pul verəcək deyə məcbur olub az işlədəcək. Bu ona bənzəyir ki, bazara gedirsən, satıcı sənə deyir ki, sən sosial cəhətdən zəngin adamsan, ona görə məhsulu sənə 5 manata verəcəm, o biri kasıbdı, ona 3 manata.

Bu mexanizmin qoyulmasını onunla izah edirlər ki, əhalinin 72 faizi 250-dən, 62 faizi 1500 kubdan aşağı ödəyir. Mən özüm şəxsən ayda 1500 kub qaz işlədilərəm, çünki həyət evində yaşayıram. İndi belə çıxır ki, mən həyət evində yaşadığım üçün günahkaram. Qiymətin bu cür mexanizmlə tənzimlənməsi, minimum həddin müəyyən edilməsi sosial ədalət prinsipi baxımından düzgün deyil.

Yaşı qiymət qalxır, qalxsın, təbii ki, insanlar öz gəlirlərinə görə də büdcələrinə nəzarəti artırmalıdır. Ancaq gəlin indi vergi verənlərin, elə işıq pulu, qaz pulu ödəyənlərin siyahısına baxaq, görərik ki, ödəyicilər ancaq kasıb adamlardır. Varlı adamlar nədənsə çox az enerji pulu ödəyirlər.

İkincisi də, 62, 72 faiz hesablanan rəqəmlər artıq siyasi səhvdir. Əgər əhalinin 62 faizi ildə 1500 kub qaz, 72 faizi 250 kvat enerji işlədirsə, demək bu yoxsulluq həddindən neçə dəfələrlə çoxdur. Ancaq prezident də deyir ki, yoxsulluq 5 faizdir. Yaxşı 5 faizdirsə, o zaman bu 62 faiz haradan meydana çıxdı?!”


Sabiq deputat onu da qeyd edib ki, qiymət qalxanda bu cür deferensasiyanı həyata keçirmək savadsızlıqdır, biabırçılıqdır, sosial ədalət prinsipi ilə heç bir əlaqəsi yoxdur:

“Qiymət qalxırsa, əhalinin minimum pensiyası, minimum istehlak səbəti, minimum əmək haqqı artmalıdır. Sovet dövründə qiyməti dəyişməmişdən bir həftə, on gün əvvəl elan edirdilər ki, qiymət bir bu qədər, gəlirlər də bir bu qədər artacaq. İndi qiyməti artırmaq əhalinin həyat səviyyəsinə çox pis təsir edəcək. Əgər biz aztəminatlı ailələrin həyat səviyyəsini hamarlamaq istəyiriksə, əksinə daha da dərinləşdirəcəyik, heç də kasıblığın səviyyəsini azaltmayacağıq. Bu prinsipi dünyada gedən proseslərlə əlaqələndirmək də düzgün deyil, çünki dünyada sosial ədalət prinsipinə riayət olunur.
Bu mexanizmi bəyənmirəm, bu rəqəmlər düzgün deyil. Uzun müddət sosial ədalət prinsipi ilə məşğul olmuş bir alim olaraq istənilən səviyyədə çıxış edib sübut edə bilərəm ki, bu, sosial ədalət prinsipini həll etmək üçün düzgün çıxış yolu deyil. Sosial ədaləti başqa cür həll etmək lazımdır. Bacarmırlarsa, çıxıb etiraf eləsinlər ki, bacarmırıq. Bu, çıxış yolu deyil, insanları quruplara bölməkdir. Biz mütləq başqa proseslərə keçməliyik, yoxsa bu üsul çox çətinliklərə səbəb olacaq. Onsuz da işıq, qaz idarələri əhalidən artıq pul çıxarmaq üçün müəyyən yollar axtarırlar, nələrisə bəhanə edirlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar