Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Həbs edilmiş yazıçı: "Ümidim məni çöldə görmək istəyən dostlarımadı"

Tarix: 15-06-2019 19:32     Baxış: 3192 A- / A+
Həbs edilmiş yazıçı: "Ümidim məni çöldə görmək istəyən dostlarımadı"

“Tovuz Rayon Məhkəməsi tərəfindən mənə kəsilən 12 min 350 manat alimentin iki mini ödənildikdən sonra Appelyasiya məhkəməsinin qərarı ilə müvəqqəti azadlığa buraxıldım”.

Manevr.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu aliment borcuna görə həbs olunan şair Murad Köhnəqala deyib. O, bildirib ki, buna görə millət vəkili Qənirə Paşayevaya və BAMF-ın rəhbəri Umud Rəhimoğluna minnətdarlığımı bildirir:

“Həbsdə qaldığım üç gün ərzində gənc dostum Kəramət Böyükçölün təşkilatçılığı ilə ödəniləcək məbləğin bir qismi (2700 manat) da yığılıb və siyahı ilə mənə təqdim olunub. Bu siyahıda AYB-nin sədri hörmətli Anar müəllim başda olmaqla xüsusi təşəkkür edəcəyim adamlar var, sağlıq olsun, problem tamamilə həll olunduqdan sonra dəstək göstərən hər kəsə ayrılıqda öz təşəkkürümü bildirəcəm.

Hazırkı durumum belədi, borcun qalan hissəsi qısa bir müddətdə ödənilməsə, barəmdə cinayət işinin açılması və məni həbs cəzası gözləyir.

Məsələ burasındadır ki, məhkəmə mənim işsiz olduğumu nəzərə almadan, hər iki övladımın 18 yaşından sonrakı ali təhsil mərhələsini də üstünə gələrək ən yüksək məbləğdə aliment təyin edib. Övladlarımın xətrinə məhkəmənin bu qərarından şikayət etməmişəm. Məni tanıyanlar bilir, məhkəmə, bank, rəsmiyyət məsələlərini sevmədiyimə görə yardımları çox vaxt qeyri-rəsmi formada, yaxud ödəniş qəbzlərini saxlamadan ödəmişəm. Keçmiş həyat yoldaşımın bütün bunları nəzərə almayaraq məhkəməyə təkrar-təkrar şikayəti əsasında barəmdə məlum qərar çıxarılıb.

Soruşa bilərsiniz ki, bəs, nə üçün sənin aliment borclarını biz ödəməliyik? Əvvala, mən bunu “sənin balan mənim balamdı” deyən dostlarımdan umuram. Mənim necə həssas bir ata olduğumu, övladlarıma, eləcə də bütün uşaqlara sevgimi, onların gələcəyinə görə necə narahatlıq keçirdiyimi tanıyanlar bilir. Başqa səbəblərə görə həbs olunsaydım mənə bu qədər təsir etməzdi.

Bilsəm ki, övladlarımın xoşbəxtliyi ömürlük həbsimdən keçir, mən ona da razı olaram. Amma, mən həbs olunsam uşaqların rifahımı artacaq? Azərbaycanda yüzlərlə mənim kimi yazıçı-şair var ki, onların da qarşısına 12 min 350 manatlıq problem çıxarsa həbs olunarlar. Sözsüz ki, özümü bu yerdə günahsız da saymıram. Hərdən düşünürəm, bəlkə elə mən özüm anadan günahkar doğulmuşam. Aydındır ki, mövcud şərait və şərtlərlə qısa zaman ərzində bu məbləği ödəməyim mümkün deyil. Ümidim isə məni içəridə yox, çöldə görmək istəyən dostlarımadı”.
Həbs edilmiş yazıçı: "Ümidim məni çöldə görmək istəyən dostlarımadı"



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar