Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Emil Rasimoğlu: "Mən bu qurultayda ilkin olaraq namizədliyə israrlıyam..."

Tarix: 15-06-2019 19:21     Baxış: 2809 A- / A+
Emil Rasimoğlu: "Mən bu qurultayda ilkin olaraq namizədliyə israrlıyam..."

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc şair Emil Rasimoğlu AYB-nin XIII Qurultayından, xüsusilə də namizədlik məsələlərindən danışıb.

Manevr.az-a açıqlamasında o, bu məsələdə gənc imzaların daha aktiv olmasını vurğulayıb. Hətta özünün sədrliyə namizəd olacağını qeyd edib:

"Bildiyimiz kimi bu il Azərbaycan Yazıçılar Birliyinin yaranmasından 85 il ötür. Səhv etmirəmsə bu 85 il ərzində mənsub olduğum Birliyin 10 sədri olub. Ancaq mənim məqsədim nə AYB-nin, nə də məlum sədrlərin həyat yolundan danışmaqdır.
Gəlim mətləbə. O da bəllidir ki, eyni zamanda yubley ili olmaqla yanaşı həm də bu il AYB-nin qurultay ilidir. Qurultayla bağlı mətbuatda bir neçə yazı, sorğu, açıqlama yayımlansa da qurultayın bu il keçiriləcəyi təstiqlənmədi. Hətta AYB-nin katibi Çingiz Abdullayev tərəfindən qurultayın 2020-ci ilə qalması da bəyan edildi. Olsun! Müəyyən səbəblər varsa anlaşılandı...
Ancaq mənim sözümün canı gənc yazarların mətbuatda müxtəlif dönəmlərdə qurultaya, xüsusilə də sədrlik məsələsinə münasibətidir. Təbii ki, hər kəsin müstəqil fikiri var və bu fikirə də hörmətlə yanaşıram. Amma birmənalı qarşılamıram. Axı niyə istedadı, bacarığı ümumən kifayət qədər potensialı olan istənilən bir gənc qələm adamı sədrliyə iddialı olub özünü namizəd kimi görməsin, kimlərinsə namizədliyi haqqında danışsın. Hələ seçilib seçilməməsi bir yana, ən azından özünü o posta namizəd kimi görməsini deyirəm. Niyə də olmasın...?
Bu mənada hesab edirəm ki, AYB-nin XIII Qurultayında gənclərin namizədliyi çoxluq təşkil etməlidir. Hətta mən istedadına, ədəbi fəallığına rəğmən Tural Turanın, Emin Pirinin, İntiqam Yaşarın, Xəyalə Sevilin, Fərid Hüseynin, Ümid Nəccarinin, Aqşin Evrenin, Çinarə Ömrayın, Fuad Cəfərlinin, Taleh Mansurun, Emil Rasimoğlunun və digərlərinin adını namizəd kimi çəkə bilərəm. Onu da qeyd edim ki, deyə bilmərəm adlarını çəkdiklərimdən kimlər mənim fikirlərimlə razıdı ya yox, amma mən bu qurultayda ilkin olaraq namizədliyə israrlıyam, gerisini zaman göstərər..."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar