Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Emil Rasimoğlu:"Unuduram aynaların küçəsini Vətən olan hər yerdə..."

Tarix: 15-06-2019 12:15     Baxış: 2370 A- / A+
Emil Rasimoğlu:"Unuduram aynaların küçəsini Vətən olan hər yerdə..."
"Unuduram aynaların küçəsini Vətən olan hər yerdə..."

Manevr.az Emil Rasimoğlunun yeni şeirini təqdim edir:

***
Ağaclardakı dənizlər,
dənizlərdəki yanan kimsəsiz kibritlər
və göy üzündəki torpaq.
...və bir də
alnımdakı qandallı qırışların edam günü.

Evimizin divar saatı
bağışlayır ana bətnlərinin günahını,
unuduram aynaların küçəsini Vətən olan hər yerdə.
...Sən demə,
hər şamın arxası bir qadın yuvası imiş.
Məni bağışlamağa can atma,
kəsməyib siqaret bədənindəki yağışlar.

...hələ də
maestronun eynəkləri müharibə aşiqidisə
yalnız sonuncu doğulan adam
diş çıxardacaq hər fəsil,
hər gün
sudan qorxan balıqlar qaçacaq kilsə zənginə.

İndi döydüyüm bütün qapılar da
süd dişinə tərəf açılır...
Sənsə tələsirsən üzü çətirlərin divarlarına sarı.
Daha bilmirsən ki,
nə qədər ki, qayıqlar var
demək, qovuşmaq vərdişdi, xoşbəxtlik deyil...

...Mən də
sonuncu məktubuna öyrəşəndə bildim,
bildim ki,
hər gecə akvarumdakı skripkanın notlarına
ölümünü sevdirməkmiş payız,
bir cüt ayaqqabı imiş arxamca düşən sabahlar.

...ağaclardakı dənizlərə,
dənizlərdəki yanan kimsəsiz kibritlərə

göy üzündəki torpağa qədər
qoy, küçələr gecələsin quşların dimdiyində.

Emil Rasimoğlu

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar