Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hikmət Nikbin:"Əlimdən yuxarı Tanrı başlayır..."

Tarix: 14-06-2019 20:33     Baxış: 2210 A- / A+
Hikmət Nikbin:"Əlimdən yuxarı Tanrı başlayır..."

Əlimdən yuxarı Tanrı başlayır...
Manevr.az Hikmət Nikbinin yeni şeirini təqdim edir:

***
Axşamdır, çay boyu yüyürür gecə,
düşüb kürsüsündən vaxtın, vədənin.
Bir də salam verməz açan sabaha,
bir də salam almaz köhnə adımdan!

Adım, məni çevir ayaqlarına,
səni qoyum gedim bu axşam ilə.
Əlimdən yuxarı Tanrı başlayır,
əlimdən yuxarı yaşayım, qalım.

Axşam dadı verir, sübh tamı verir
buludlar, buludlar bu yer üzündə.
Vaxtı İlahidən alan, daşıyan
saat, saatım ol iki həyatda.

Külək, nə vecinə, nə vecinədir,
daha gizlətməyir ayı günorta.

Hikmət Nikbin

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar