Sizin Reklam Burada
Xəbər lenti
22 avqust
21 avqust
BÜTÜN XƏBƏRLƏR

BLMM-in növbəti tədbiri Zəngilan məktəbində olub - ŞƏKİLLƏR

Tarix: 13-06-2019 23:42     Baxış: 340 A- / A+
BLMM-in növbəti tədbiri Zəngilan məktəbində olub - ŞƏKİLLƏR

Beynəlxalq Liberal Maarifçilik Mərkəzi İctimai Birliyinin (BLMM) “Gənc nəsldə elm və təhsilə marağın artırılması və mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində növbəti tədbiri iyunun 12-də Bakı şəhərində fəaliyyət göstərən Zəngilan rayon 35 saylı tam orta ümumtəhsil məktəbində keçirilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidentinin Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.

Məktəbin yuxarı sinif şagirdləri ilə keçirilən görüşü açan layihə rəhbəri, BLMM-in sədri Zülfüqar Hüseynzadə belə bir layihənin məcburi köçkün məktəblərində həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, belə məktəblərdə təhsil alan şagirdlərlə maarifləndirici görüşlərin keçirilməsi daha zəruridir. Layihə rəhbəri görüş üçün yaradılan şəraitə görə məktəbin rəhbərliyinə və qonaqlara minnətdarlıq edib.
Görüşdə iştirak edən Əməkdar elm xadimi, professor Şahlar Əsgərov təhsilin insanların və xalqların həyatında oynadığı roldan bəhs edib. Görkəmli elm xadimi vurğulayıb ki, kamil insan olmaq və yüksək səviyyəli həyat yaşamaq insanın öz əlindədir və bunun üçün ən doğru yol dərin biliyə sahib olmaq, hər zaman öyrənmək və yaxşı təhsil almaq vacibdir. Ş. Əsgərov elmin və təhsilin xalqların həyatındakı müsbət təsirini nümunələrlə gənclərn diqqətinə çatdırıb.

Sonra çıxış edən tanınmış təhsil eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev belə bir layihədə ekspert kimi iştirakından və şagirdlərlə görüşlərindən məmnun olduğunu ifadə edib. Yeni nəslin elmli və hərtərəfli hazırlıqlı yetişdirilməsinin dövlət üçün strateji səciyyə daşıdığını bildirən ekspert qeyd edib ki, bunun üçün hər birimiz öz üzərimizdə əzmlə çalışmalı, oxumalı, öyrənməliyik. Mütaliənin dünyagörüşünün və təfəkkürün formalaşmasında vacib şərtolduğunu vurğulayan E. Əliyev gənclərə bu barədə tövsiyyələrini çatdırıb.

Təhsil eksperti Kamran Əsədov çıxışında bildirib ki, torpaqlarının bir hissəsi işğal altında olan Azərbaycanda bilikli və peşəkar nəslin yetişdirilməsi ümummilli xarakter daşıyan məsələdir. Bizim uğurlu gələcəyimiz bugünkü gənc nəslin yüksək təhsilli olmasından asılıdır deyən K. Əsədov bildirib ki, bunun üçün hər birimiz öz üzərimizdə məsuliyyətlə çalışmalı, dərin biliyə sahib olmağa çalışmalıyıq.

Tədbirin sonunda məktəbin direktoru Güloğlan Mehdiquliyev layihə ilə bağlı görüşün onların məktəbində keçirilməsinə görə qonaqlara təşəkkürünü çatdırıb. Vurğulayıb ki, belə görüşlərin keçirilməsi şagirdlərin təhsilə marağını daha da artırır.

Manevr.az
BLMM-in növbəti tədbiri Zəngilan məktəbində olub - ŞƏKİLLƏR

BLMM-in növbəti tədbiri Zəngilan məktəbində olub - ŞƏKİLLƏR

BLMM-in növbəti tədbiri Zəngilan məktəbində olub - ŞƏKİLLƏR

BLMM-in növbəti tədbiri Zəngilan məktəbində olub - ŞƏKİLLƏR

BLMM-in növbəti tədbiri Zəngilan məktəbində olub - ŞƏKİLLƏR

BLMM-in növbəti tədbiri Zəngilan məktəbində olub - ŞƏKİLLƏR

BLMM-in növbəti tədbiri Zəngilan məktəbində olub - ŞƏKİLLƏR

BLMM-in növbəti tədbiri Zəngilan məktəbində olub - ŞƏKİLLƏR








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar