Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edib

Tarix: 11-06-2019 20:05     Baxış: 3171 A- / A+
Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edib

Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən, Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edir.

Fonddan bildiriblər ki, dövlət başçısının təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq gənclərin hərtərəfli inkişafı məqsədilə dövlət proqramları həyata keçirilir. Bu sırada gənclərin təhsilinin artırılması imkanlarının genişləndirilməsi əsas yer tutur. Gənclərin təhsilli və savadlı yetişməsi Azərbaycan Prezidentinin xüsusi önəm verdiyi istiqamətlərdəndir. Keyfiyyətli təhsilin gənclər üçün əlçatan olması, istedadlı və sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi istiqamətində çoxsaylı imkanlar yaradılıb. Prezidentin göstərişi ilə Gənclər Fondu tərəfindən ötən ay “Gənclərin Xaricdə Təhsil Proqramı”na başlanılıb. Bu fəaliyyətin davamı olaraq, dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan istedadlı gənclərin təhsil xərclərinin ödənilməsi üzrə növbəti müsabiqə üçün ərizə qəbuluna iyunun 11-dən start verilib.

Ötən il ölkənin 31 ali dövlət təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları müsabiqə əsasında Gənclər Fondu tərəfindən ödənilib. Bu il müsabiqədə iştirak etmək istəyənlər Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra saytın elektron xidmətlər bölməsində yerləşdirilən ərizə formasını müvafiq qaydada doldurub sayt vasitəsilə Gənclər Fonduna göndərməlidirlər.

Müsabiqə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürülür. Maliyyələşmə 2018-2019-cu və 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş təhsil haqqı xərclərinin tam və ya qismən ödənilməsini nəzərdə tutur.

Azərbaycanın Milli qəhrəmanlarının övladları, I, II qrup əlil (2018-2019-cu tədris ili üçün) və III qrup əlil gənclər, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları, I qrup əlil valideyni olan, hər iki valideyni əlil olan (I,II III qrup), aztəminatlı ailədən olan gənclərə üstünlük veriləcək.

Müraciətlər iyulun 19-dək qəbul ediləcək. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaq.

Müsabiqəyə Fondun rəsmi saytında qeyd edilmiş 31 dövlət ali təhsil müəssisəsinin və onların filiallarında, əlavə olaraq bu il üçün nəzərdə tutulmuş 54 dövlət orta-ixtisas təhsili müəssisəsinin əyani/qiyabi təhsil alma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar