Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib -SUMQAYITDA/ FOTOLAR

Tarix: 30-11-2016 17:27     Baxış: 2530 A- / A+
Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Manevr.az-a verilən xəbərə görə, Sumqayıt şəhər Poeziya Evində Azərbaycanın xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Tədbiri şairin “Zirvə” şeiri ilə açan Əli Kərim adına Poeziya Klubunun direktoru, şair İbrahim İlyaslı yubilyar şairin ömür və yaradıcılıq yolundan söz açıb və şairi yubileyi münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən professor Rüstəm Kamal, tənqidçi Vaqif Yusifli, yazıçı-publisist Atababa İsmayıloğlu, şair Əşrəf Veysəlli, cənublu şair Aqşin Ağkəmərli, şairə Ofelya Babayeva və digərləri Nəriman Həsənzadə yaradıcılığı haqqında ətraflı çıxış edib, şairlə bağlı maraqlı xatirələrini söyləyiblər.

Tədbirdə bədii qiraətçilər Gülbəniz Abbasova, Amil Babayev və Elvin Əlizadənin ifasında şairin müxtəlif illərdə yazdığı şeirlər böyük maraqla dinlənilib, xanəndə Təhmiraz Şirinovun ifasında səslənən mahnılar, Aşıq İlham Aslanbəyli, Aşıq Şəhriyar Qaraxanlı, Aşıq Pəri məclisinin gənc nümayəndələrinin ifasında saz havaları xoş ovqat yaradıb.

Sonda Sumqayıtda son zamanlar gedən quruculuq işlərindən söz açan xalq şairi Nəriman Həsənzadə tədbirin təşkilatçılarına öz səmimi minnətdarlığını bildirib, həyatı və fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb, şeirlərindən nümunələr söyləyib.

Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar