Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Üç muşketyor”un 175 yaşı tamam oldu

Tarix: 02-06-2019 18:39     Baxış: 3171 A- / A+
“Üç muşketyor”un 175 yaşı tamam oldu

Fransız yazıçı Aleksandr Dümanın "Üç muşketyor" romanının işıq üzü görməsindən 175 il keçir.

Manevr.az xəbər verir ki, Roman 1844-cü ilin yaz günlərində Parisin "Le Siècle" qəzetində dərc olunub. Əsər Dartanyan və onun dostları Atos, Portos və Aramisin başgicəlləndirici, avantürist və romantik macəraları haqqındadır.

Baş qəhrəmanların hər birinin prototipi vardı. Eyni zamanda, Dümanın fantaziyası çox şeyi dəyişmiş, məsələn, muşketyorları qocaltmışdı, çünki yazıçının təsvir etdiyi hadisələr zamanı onlar hələ uşağıydılar.

Beləliklə, Dartanyan - Şarl de Bats-Kastelmor, qraf Dartanyan. O, Rişelyenin deyil, Mazarinin dövründə (1862-ci ildə onun 18 yox, 13 yaşı vardı) yaşayıb; marşal yox, qraf titulu daşıyıb.

Həqiqi Dartanyan 1644-cü ildə muşketyorluğa başlayıb, Fronda zamanı Mazarinin etibarlı adamı olub, Fukenin həbsində iştirak edib, 1673-cü ildə, Maastrixt döyüşündə həlak olub.

Dartanyanın həyatı xeyli şişirdilmiş şəkildə üç cildli "Dartanyanın memuarları" kitabında təsvir edilib. Amma kitabı o özü yox, Qasyen de Kurtil de Sandra yazıb.

Aleksandr Duma romanını məhz bu psevdomemuara əsaslanaraq yazıb.

Atosun prototipi isə muşketyor Arman de Siyeq Datos Dotvildir. Bu iki Atos arasındakı yeganə bənzərlik ancaq adlarıdır. Həqiqi Atos qaskoniyalı kapitant-leytenant de Trevilin qohumu olub.

Portosun əzəmətli görünüşünü arxasındakı şəxs muşketyor İsaak de Potrodur. O, vaxtından əvvəl istefa verərək Qaskoniyaya gedib, döyüşlərdə aldığı yaraların fəsadları nəticəsində dünyasını dəyişib.

Və nəhayət, Aramis - onun prototipi de Tervilin alayındakı kapitan-leytenantın və həqiqi Atosun qohumu olan muşketyor Anri Daramitsdir.

Anri Daramits xidmət müddəti bitəndən sonra istefaya çıxıb, Bear şəhərinə qayıdıb, evlənib, üç oğlu dünyaya gəlib.

Dartanyanın tarixçəsi "İyirmi il sonra" və "Vikont de Barjelon və ya On ildən sonra" əsərlərində davam etdirilib, amma bu kitabların heç biri birincisi qədər populyar və sevilən olmayıb.

"Üç muşketyor" yüz dəfədən çox nəşr olunub, bir o qədər də lentə alınıb və heç şübhəsiz, gələcəkdə də bu əsər əsasında film çəkmək istəyənlər çox olacaq.

Dərc olunmuş nüsxələrinin sayına görə dünyadakı bütün bədii ədəbiyyat nümunələri arasında Dümanın kitabları ilk yerlərdən birini tutur. Bu kitabların ümumi sayı milyonlarladadır.teleqraf.com

Manevr.az

“Üç muşketyor”un 175 yaşı tamam oldu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar