Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Nağıyevin prorektor təyin olunması xəbəri təsdiqlənmədi

Tarix: 01-06-2019 11:23     Baxış: 3157 A- / A+
Əli Nağıyevin prorektor təyin olunması xəbəri təsdiqlənmədi

Azərbaycanda vəzifədən azad olunan nazirlərin elm və təhsil sektoruna üz tutması dəb halını almaqdadır. Sabiq maliyyə naziri Əvəz Ələkbərovun Dövlət İqtisad Universitetində çalışmağa başlamasından sonra vəzifədən azad edilən az qala bütün nazirlər bu və ya başqa təhsil ocağında müəllimliyə, yaxud rəhbər vəzifələrə təyin olunurlar.

Yaxın tariximizdə sabiq məmurların təhsil sistemində işlə təmin olunması barədə ona yaxın fakt var. Məsələn, sabiq təhsil naziri Misir Mərdanov AMEA-da institut rəhbəri, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektorudur. Milli Məclisin sabiq deputatı Elton Məmmədov isə bu günlərdə Azərbaycan Texniki Universitetində prorektor təyin olunub.

Bəlkə də bu adətdəndir, vəzifədən çıxarılan məmurların çoxu sonrakı fəaliyyətini müəllimlikdə gördüyünü açıqlayır...

Bu günlərdə yayılan məlumatda daha bir sabiq nazirin təhsil sektorunda yüksək vəzifəyə təyin olunduğu bildirilir. Söhbət sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevdən gedir. Onun bir neçə gün əvvəl Bakı Dövlət Universitetində prorektor vəzifəsinə təyin olunduğu bildirilir. Məlumatın həqiqətəuyğun olub-olmadığını müəyyənləşdirmək üçün Ə.Nağıyevin özünə müraciət etdik. Sabiq nazir yayılan məlumatın doğru olmadığını bildirdi: “Bu gün bir neçə nəfər də mənə zəng vurub maraqlanıb. Bildirim ki, yanlış məlumatdır, mən heç bir vəzifəyə təyin olunmamışam. Güman ki, eyni adlı kimsə prorektor təyin olunub, hamı səhvən mən olduğumu düşünür”.

Bəs Ə.Nağıyev hazırda nə işlə məşğuldur?

Sabiq nazir: “Alimin məşğul olduğu kağız, qələm, dəftər-kitab olar də. Mən də elm adamıyam, öz evimdə elmlə məşğulam”.

Qeyd edək ki, Ə.Nağıyev xeyli müddət Bakı Dövlət Universitetində çalışıb.

Siyasi fəaliyyətə isə 1988-ci ildən başlayıb. Yeni Azərbaycan Partiyasının qurucularından biridir və 2006-cı ilədək partiya sədrinin müavini kimi fəaliyyət göstərib.

1996-2006-cı illərdə Ə.Nağıyev əmək və əhalinin sosial müdafiəsi naziri, 2006-2011-ci illərdə Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri olub.

2006-cı ildə diplomatik fəaliyyətə başladığına görə Yeni Azərbaycan Partiyası sədrinin müavini vəzifəsindən və partiya sıralarından azad edilib, 2012-ci ilin may ayında yenidən partiya üzvlüyünə qəbul olunub.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar