Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əməkdar jurnalistin xalq yazıçısına açıq məktubu

Tarix: 29-05-2019 22:28     Baxış: 3142 A- / A+
Əməkdar jurnalistin xalq yazıçısına açıq məktubu

"Azərnəşr"in baş redaktoru, əməkdar jurnalist Əlövsət Ağalarov ADU-nun rektoru, akademik Kamal Abdullanı “xalq yazıçısı” fəxri adına layiq görülməsi münasibətilə təbrik edib.

Manevr.az təbrikin mətnini təqdim edir:

“Hörmətli Kamal müəllim,

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “xalq yazıçısı” fəxri adına layiq görülməyiniz xalqımız, ədəbi ictimaiyyətimiz və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılandı. Bu münasibətlılə Sizi ürəkdən təbrik edir, cansağlığı və çoxsahəli fəaliyyətinizdə uğurlar arzulayıram!
Siz gəncliyimdən yaradıcılıq yolunu daim izlədiyim, çoxsahəli və çoxşaxəli fəaliyyətə malik barmaqla sayılan ədib və ziyalılarımızdan birisiniz. İstər bədii nəsriniz olsun, təşkilatçılıq etdiyiniz sahələr olsun, istərsə də qorqudşünaslıq, türkdilli xalqlarla bağlı araşdırmalarınız, romanlarınız, hekayələriniz və ya şeirləriniz, bir sözlə, bədii yaradıcılığınızın bütün sahələrində uğurlarınız nümunə olmuşdur.

Yaradıcılığınız ən çox gəncliyə xitab edir, bu baxımdan gənc yazarlara örnək olmusunuz. Siz eyni zamanda türk dünyasının ən böyük araşdırmaçılarından birisiniz və bu fəaliyyətinizi sovet rejiminin qılıncının kəsdiyi ən qatı dövründə göstərmisiniz. İndi ortaq türk dili yaratmaq təşəbbüsləri ortaya çıxanda ilk ağlıma gələn ziyalımız Siz olursunuz.

Sizin “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...” və başqa romanlarınız, “Qərar”, “İlişin qayıtmağı”, 2Son gəliş”, “Dəvə yağışı” kimi çox sevdiyim hekayələriniz olduqca orijinal üslübda yazılmış əsl ədəbi nümunələrdir. Əsərlərinizin bir çoxu müxtəlif dillərə çevrilərək əcnəbi oxuculara da çatdırılıb. Vaxtilə Sizin “Yarımçıq əlyazma” əsərinizə Türkiyədə zərgər dəqiqliyi ilə qiymət verilməsi yaradıcılığınızın Asiyadan Avropaya körpü sala bilməsinə səbəb oldu.

Mən dəfələrlə xarici ölkələrdə, beynəlxalq kitab sərgilərində olarkən Sizin müxtəlif dillərə tərcümə olunmuş kitablarınızı kitab mağazalarında və sərgilərdə görəndə qürur duymuşam. Bir neçə dəfə almaq istəmişəm, satıcıdan kitab istəyərkən: “Var idi, satılıb” deyə aldığım mənfi cavabdan fəxr etmişəm.

Siz həm də 95 yaşlı “Azərnəşr”in doğma müəlliflərindənsiniz. Müxtəlif dövrlərdə sizin kitablarınız nəşriyyatımız tərəfindən yüksək tərtibatda çap olunaraq geniş oxucu kütləsinə təqdim olunub. Bundan sonra da hələ uzun illər nəşriyyatımız Sizin əsərlərinizi oxucularımıza çatdırmağa hazırdır.

Əziz qardaşım, Sizi bir daha bu yüksək fəxri ada layiq görülməyiniz münasibətilə öz adımdan və “Azərnəşr”in kollektivi adından səmimi-qəlbdən təbrik edirəm, cansağlığı və hər bir fəaliyyətinizdə yorulmadan çalışmağı arzulayıram.

Böyük hörmətlə,
Əlövsət Ağalarov”


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar