Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan dərk etməlidir ki... - Polad Bülbüloğlu

Tarix: 29-05-2019 02:47     Baxış: 3103 A- / A+
Ermənistan dərk etməlidir ki... - Polad Bülbüloğlu

Ermənistan dərk etməlidir ki, dünya birliyi hərbi təcavüzün nəticələrinin legitimliyini heç vaxt tanımayacaq.

Manevr.az xəbər verir ki, bu fikri ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təntənəli qəbulda söyləyib.

O bildirib ki, sırf milli maraqlara əsaslanan ölçülüb-biçilmiş çoxvektorlu xarici siyasət sayəsində Azərbaycan Ermənistan istisna olmaqla, dünya birliyinin bütün dövlətləri ilə qarşılıqlı faydalı dostluq münasibətləri saxlayır. 30 ildən çox müddət ərzində Azərbaycana qarşı hərbi təcavüz siyasəti yeridən Ermənistan onun torpaqlarının 20 faizini işğal altında saxlamağa davam edir. Səfir deyib: “BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların çoxsaylı qərarlarına və qətnamələrinə, Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatlarına baxmayaraq, Ermənistan işğal edilmiş ərazilərdə status-kvonun qorunub saxlanılması üçün tədbirlər görməkdədir. Ermənistan dərk etməlidir ki, dünya birliyi hərbi təcavüzün nəticələrinin legitimliyini heç vaxt tanımayacaq. Müasir beynəlxalq münasibətlər sisteminin qlobal kataklizmlərə məruz qaldığı və İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hüquq arxitekturasını sarsıtdığı hazırkı narahat dünyamızda ekstremizm və təcavüzkar separatizm hər hansı hüquqi dövlət üçün təhlükədir. Silahlı münaqişələrin dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunması ümumi etimad mühitinin yaradılması, sosial tərəqqinin və hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi üçün əsas şərtdir. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, biz proses naminə danışıqların imitasiyasına deyil, bu məsələni “ölü nöqtə”dən tərpədə biləcək real danışıqların aparılmasına hazırıq”.

Diplomat bildirib ki, bu məsələdə Rusiyanın çox mühüm rolunu vurğulamaq lazımdır. O, bu rolu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq–hüquqi həllinin tapılmasında ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə oynaya bilər.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar